Qvatemalada vulkan püskürdü, yüzlərlə insan təxliyə olundu
Qvatemalada Fueqo vulkanının aktivləşməsi üzündən yüzlərlə insan təxliyə olunub. Xəbər Experti xarici KİV-ə istinadən xəbər verir ki, onlar təhlükəsiz ərazilərə yerləşdiriliblər. Fueqo vulkanı dünən səhər püskürməyə başlayıb. Axşama yaxın isə vəziyyət kəskinləşib və hökümət orqanları yaxınlıqdakı kəndlərin sakinlərini köçürmək məcburiyyətində qalıb. Kül buludu 6 km hündürlüyə kimi qalxıb. Lava isə dayanmadan yamacboyu kəndlərə doğru axır. […]








