Pakistanda sərnişin avtobusu dərəyə aşıb – 5 nəfər həlak olub
Pakistanın Pəncab əyalətinin Hafizabad bölgəsində ağır yol qəzası baş verib.
Xəbər Experti xarici KİV-ə istinadən xəbər verir ki, sərnişin avtobusu yoldan çıxaraq dərəyə aşıb.
Qəza nəticəsində 5 nəfər ölüb, 27 nəfər yaralanıb.
Raivinddən Çiniota gedən avtobusun yüksək sürət səbəbindən qəzaya uğradığı ehtimal olunur.








