“Qarabağ” ev oyunlarını bu stadionda keçirəcək

“Qarabağ” Misli Premyer Liqasının ev oyunlarını “Azersun Arena”da keçirəcək. Xəbər Experti xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb. Bildirilib ki, Ağdam təmsilçisi Tofiq Bəhramov adına Respublika Stadionunun qazonunda renovasiya işlərinin aparılması ilə əlaqədar PFL-ə müraciət edib. Klubun müraciətini və “Azersun Arena”nın oyunları qəbul etməyə hazır olduğunu nəzərə alan PFL qərar qəbul edib. […]

Rusiyada “ayı terroru”

Tomsk vilayətində 62 yaşlı kişi ayı tərəfindən öldürülüb. Xəbər Experti Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə dünən Pervomaysk rayonunun Orexovo qəsəbəsi yaxınlığında baş verib. Vilayət polisindən faktla bağlı bildirilib ki, meyit üzərindəki əlamətlər onun ayı tərəfindən öldürüldüyünə şübhə yeri qoymur. Bununla da bu il Rusiyada ayı qurbanlarının sayı 30-a çatıb. Buryatiya, Kamçatka, Tomsk, Arxangelsk, […]

Azərbaycan–Çin Sənaye Parkı yaradıla bilər

İqtisadiyyat naziri Mikayıl Cabbarov “CSCEC International” şirkətinin İdarə Heyətinin sədri Qao Bo ilə görüşüb. Xəbər Experti xəbər verir ki, bu barədə nazir “X” hesabında paylaşım edib. “CSCEC International” şirkətinin İdarə Heyətinin sədri Qao Bo ilə görüşdük. Azərbaycanda infrastruktur, şəhərsalma, energetika, sənaye və digər sahələrdə əməkdaşlıq perspektivlərini müzakirə etdik. Azərbaycan – Çin Sənaye Parkının yaradılması və […]

Şəkidəki kanat qəzasında ölüm faktına görə iki nəfər həbs olunub

“Şəki Yaylası” istirahət mərkəzində iki nəfərin ölümü ilə nəticələnən hadisə üzrə iki şəxs cinayət məsuliyyətinə cəlb olunub. Xəbər Experti xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Məlumata görə, bu il sentyabrın 8-də Şəki rayonu, Baş Kəldək kəndi ərazisində yerləşən “Şəki Yaylası” Ailəvi İstirahət Mərkəzində iki şəxsin hündürlükdən yıxılaraq ölməsi faktı ilə […]

3 marşrutun hərəkət sxemi dəyişdiriləcək

Noyabrın 3-də Hövsan-Türkan avtomobil yolunda (kanala yaxın ərazidə) aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. Xəbər Experti AYNA-ya istinadən xəbər verir ki, məhdudiyyət səbəbindən 210, 215 və 218 nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdiriləcək. Dəyişikliyə əsasən, 210 nömrəli marşrut Hövsan qəsəbəsi – Hövsan bağları, 218 nömrəli marşrut metronun “Əhmədli” stansiyası – […]

Konstitusiya Məhkəməsinin Plenumunda Azərbaycan Prokurorluğunun sorğusu əsasında qərar qəbul edilib

Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib. Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən bildirilib ki, məhkəmə iclasında Azərbaycan Respublikası Prokurorluğunun sorğusu əsasında Cinayət-Prosessual Məcəllənin 100.2.1-ci, 100.3-cü və 469.4-cü maddələrinin həmin Məcəllənin 65.7-ci, 142.2-ci maddələri və Mülki Prosessual Məcəlləsinin 33-cü fəslinin bəzi normaları ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxılıb. Konstitusiya Məhkəməsinin Plenumu […]

Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb

Hərbi xidmətdən boyun qaçıran şəxslər cinayət məsuliyyətinə cəlb olunub. Bu barədə Hərbi Prokurorluqdan məlumat verilib. Məlumatda bildirilib ki, son zamanlar hərbi vəzifələrinin icrasından yayınan şəxslərə qarşı mübarizənin gücləndirilməsi çərçivəsində məsuliyyət tədbirləri sərtləşdirilmiş, bu sahədə görülmüş tədbirlər korrupsiya risklərinin azaldılmasına, tibbi şəhadətləndirmə sahəsində fəaliyyətin şəffaflığının artırılmasına mühüm töhfə verməkdədir. Buna baxmayaraq çağırış yaşında olan bəzi vətəndaşlar […]

Ədliyyə Nazirliyi bölgələrdə yaşayan vətəndaşlar üçün videoqəbullar keçirib

Ədliyyə Nazirliyinin Sənəd dövriyyəsi və vətəndaşların müraciətləri ilə iş idarəsi və regional ədliyyə idarələrinin təşkilatçılığı ilə bölgələrdə yaşayan vətəndaşlar üçün videoqəbullar keçirilib. Bu barədə nazirlikdən məlumat verilib. Bildirilib ki, oktyabr ayı ərzində nazirliyin Notariat, qeydiyyat və reyestr baş idarəsi, Məhkəmə Ekspertizası Mərkəzi, İnsan resursları idarəsi, Bələdiyyələrlə iş baş idarəsi, İcra xidməti və Tibb baş idarəsinin […]

İrandan Azərbaycana külli miqdarda narkotikin keçirilməsinin qarşısı alınıb

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən xəbərə görə, dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində külli miqdarda narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb. Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Horadiz” […]

ABŞ-də stadionun yanında silahlı atışma – 1 ölü, 8 yaralı

ABŞ-nin Alabama ştatının Birmingem şəhərində futbol oyunundan sonra stadionun yaxınlığında silahlı atışma baş verib.  Xəbər Experti xarici KİV-ə istinadən xəbər verir ki, atışma nəticəsində bir nəfər ölüb, səkkiz nəfər isə yaralanıb. Bu barədə jurnalistlərə Birmingem Şəhər Polis İdarəsinin rəisi Maykl Piket məlumat verib. O, insidentin stadionun yaxınlığındakı Qreymont küçəsində baş verdiyini bildirib. Polis sözçüsü De’Rell […]