Rusiyada “ayı terroru”
Tomsk vilayətində 62 yaşlı kişi ayı tərəfindən öldürülüb.
Xəbər Experti Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə dünən Pervomaysk rayonunun Orexovo qəsəbəsi yaxınlığında baş verib.
Vilayət polisindən faktla bağlı bildirilib ki, meyit üzərindəki əlamətlər onun ayı tərəfindən öldürüldüyünə şübhə yeri qoymur. Bununla da bu il Rusiyada ayı qurbanlarının sayı 30-a çatıb.
Buryatiya, Kamçatka, Tomsk, Arxangelsk, Xabarovsk, Voloqda, Tuva, Altay vilayət və respublikalarında ayıların insana hücumu faktları artıb. Bu il İrkutsk vilayətində 7, Krasnoyarsk diyarında isə 9 nəfər ayılar tərəfindən qətlə yetirilib.
Yeri gəlmişkən, ötən Rusiya mətbuatı bu il insanlara təhlükə yaradan 3500-ə yaxın ayının məhv edilməsi ilə bağlı rəsmi mənbələrə əsaslanan məlumat yaymışdı. Onların əksəriyyəti Sibir coğrafi regionlarında güllələnib.
Qeyd edək ki, ötən illə müqayisədə 2026-cı ildə ayılar tərəfindən öldürülən vətəndaşların sayı 2 dəfədən çox artıb. İnişil isə cəmi 8 faciəvi hadisə baş verimişdi.










