Azad edilmiş ərazilərdə ötən ay 979 mina, 3070 PHS aşkarlanıb

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə aylıq məlumat açıqlanıb. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) verilən məlumata görə, azad edilmiş ərazilərdə oktyabr ayında 799 piyada əleyhinə mina, 180 tank əleyhinə mina, 3070 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb. Bildirilib ki, 4898,3 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Sabah Bakıda 23 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında noyabrın 3-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 11-14° isti, gündüz 18-23° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunundan 763 mm civə sütununa enəcək. Nisbi […]

Silahlı müqavimət göstərən sərhəd pozucusu zərərsizləşdirilib

Silahlı müqavimət göstərən sərhəd pozucusu zərərsizləşdirilib. Bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilib. Bildirilib ki, Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədinin mühafizəsini həyata keçirən sərhəd naryadı tərəfindən sərhəd pozucularının İrandan Azərbaycan istiqamətinə hərəkəti müşahidə edilib. Sərhəd zastavası dərhal “Silaha” komandası üzrə qaldırılmış, ərazi qapadılmış və dövlət sərhədinin pozulmasının qarşısının alınması istiqamətində zəruri […]

Noyabrın 6-dan 30-dək Leonid meteor yağışı müşahidə ediləcək

Noyabrın 6-dan 30-dək Azərbaycanda Leonid meteor yağışı müşahidə ediləcək. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından verilən xəbərə görə, meteor yağışının maksimumu noyabrın 18-də Bakı vaxtı ilə saat 03:45-də gözlənilir. Bu zaman saatda təxminən 15 meteorun müşahidə olunacağı proqnozlaşdırılır. Azərbaycan ərazisində Leonidləri müşahidə etmək üçün ən əlverişli dövr noyabrın 17-dən 18-nə keçən gecə saat […]

Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb

Son günlər media nümayəndələrinin hadisə yerlərində çəkiliş apararkən hücuma məruz qalması, onlara qarşı fiziki zorakılıq tətbiq edilməsi və peşə fəaliyyətlərinə maneələrin yaradılması ciddi narahatlıq doğurur. Jurnalistlərin təhlükəsizliyini təhdid edən bu cür hərəkətlər eyni zamanda cəmiyyətin ictimai əhəmiyyətli hadisələr barədə məlumat almaq hüququna müdaxilədir. Xəbər Experti xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Media və Yayım […]

Sabah hava necə olacaq?

Noyabrın 2-də gözlənilən hava proqnozu açıqlanıb. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib. Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi şəhərətrafı ərazilərdə çiskinli olacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 13-16° isti, gündüz 18-20° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunu […]

Sürücünün sükan arxasında yuxulaması qəza ilə nəticələnib

Sürücünün sükan arxasında yuxulaması qəza ilə nəticələnib. Baş Dövlət Yol Polisi İdarəsindən verilən xəbərə görə, bu gün saat 02:30 radələrində, Bakı-Qazax avtomobil yolunun Kürdəmir rayonu ərazisindən keçən 172-ci kilometrində sürücünün sükan arxasında yuxulaması səbəbindən yol-nəqliyyat hadisəsi qeydə alınıb. Belə ki, Mehdi Mirzəyevin idarə etdiyi “MAN” markalı qoşqulu yük avtomobili yoldan çıxaraq əvvəlcə ayırıcı beton səddə […]

Prezident İlham Əliyev əlcəzairli həmkarını İnqilab Günü münasibətilə təbrik edib

Prezident İlham Əliyev Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbuna təbrik ünvanlayıb. Xəbər Experti xəbər verir ki, təbrikdə deyilir: “1 Noyabr – İnqilab Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Bu tarixi gün Əlcəzair xalqının azadlıq və müstəqillik uğrunda apardığı mübarizənin, sarsılmaz iradəsinin, böyük qəhrəmanlığının […]

Bakıda taxta bazarında yanğın olub

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Nizami rayonu, Davud Aslan küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub. Nazirlikdən verilən xəbərə görə, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub. Yanğınsöndürənlər tərəfindən həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində fəaliyyət göstərməyən ət kombinatının ərazisində plastik və taxta materiallar yığılmış sahədə baş […]

Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Əlcəzairi Milli Günü münasibətilə təbrik edib. Xəbər Experti xəbər verir ki, bu barədə XİN-in “X” sosial şəbəkə hesabında paylaşım edilib. “Əlcəzairin Milli Günü münasibətilə Əlcəzair Xalq Demokratik Respublikasının xalqına və Hökumətinə səmimi təbriklər! Milli Gününüz mübarək!”. Xatırladaq ki, 1954-cü ilin 1 noyabrında Əlcəzairdə Fransa əleyhinə İstiqlal Müharibəsi və milli azadlıq […]