DİN-ə yeni vəzifə həvalə olunub

Nazirlər Kabineti “Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin əməkdaşlarının sağlamlığının mühafizəsi ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi” haqqında qərar verib. Xəbər Experti-nin xəbərinə görə, qərara əsasən, Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin əməkdaşlarına (pensiyaya çıxmış əməkdaşlar da daxil olmaqla) və onların ailə üzvlərinə tibbi xidmətin göstərilməsi, o cümlədən xəstəliklərin profilaktikası, ilkin tibbi-sanitariya yardımı, […]

UNEC “Süni İntellekt üzrə Etik və Məxfilik Kodeksi” qəbul edib

Süni intellektin (Sİ) elm, təhsil və inzibati fəaliyyətə sürətlə inteqrasiyası Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) onun istifadəsinə dair vahid institusional çərçivənin formalaşdırılmasını zəruri edib. Bu məqsədlə UNEC Elmi şurasının qərarı ilə “UNEC-in Süni İntellekt üzrə Etik və Məxfilik Kodeksi” qəbul edilib. Universitetdən bildirilib ki, kodeks UNEC-in Sİ dövründə fəaliyyətinin əsas prinsiplərini müəyyənləşdirir. Universitet Sİ-yə qadağan […]

“İran ABŞ-la memorandumun qüvvədə olduğunu hesab edir” – Əraqçi

“İran hesab edir ki, iyun ayında ABŞ-la imzalanmış İslamabad anlaşma memorandumu hələ də qüvvədədir”.  Xəbər Experti xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi Pekində çinli həmkarı Van İ ilə görüşündə bildirib. O deyib ki, Tehran Vaşinqtonla münaqişənin diplomatik yollarla nizamlanmasına qayıtmaq niyyətindədir: “İran münaqişənin davam etdirilməsində maraqlı deyil, diplomatik yolla nizamlanmaya qayıtmağa […]

Magistratura və doktoranturanı bitirmiş zabitlərin hərbi rütbədə olma müddəti 1 il azaldılacaq

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarının (dövlət orqanlarının strukturuna daxil olan qurumların) sifarişi əsasında ali təhsil müəssisələrinin magistratura (rezidentura) səviyyəsini müvəffəqiyyətlə bitirmiş, habelə doktoranturada (adyunkturada) təhsilini başa vuraraq müvafiq elmi dərəcə almış zabitlərin hərbi rütbədə olma müddəti ali təhsilin göstərilən səviyyələrinin hər biri üzrə bir dəfə olmaqla bir il […]

Pan-Afrika Parlamentinin prezidenti Fəxri xiyabanı və Zəfər parkını ziyarət edib

Azərbaycanda səfərdə olan Pan-Afrika Parlamentinin prezidenti Fateh Butbiqin başçılıq etdiyi nümayəndə heyəti Fəxri xiyabanı və Zəfər parkını ziyarət edib. Xəbər Experti xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib. Fateh Butbiq Fəxri xiyabanda Ümummilli lider, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə […]

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) artan sərnişin tələbatını qarşılamaq üçün 19-20 sentyabrda Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə reyslər həyata keçirəcək. Bu barədə ADY-dən məlumat verilib. Bu istiqamətlərə, eyni zamanda, Bakı–Qazax–Bakı marşrutu üzrə ənənəvi qrafiklə gündəlik səfərlər təşkil olunur. Biletləri Bakı və Gəncə Dəmiryol Vağzallarının kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə etmək olar.

Badamdarda yaşayış binasında partlayış olub, xəsarət alan var

Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən beşmərtəbəli yaşayış binasında partlayış baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub. Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı binanın birinci mərtəbəsində yerləşən mənzilin hamam otağında, ilkin ehtimala əsasən, qazla işləyən cihazda […]

İdman gimnastikası üzrə Azərbaycan çempionatı keçiriləcək

Kişi idman gimnastikası üzrə 31-ci, qadın idman gimnastikası üzrə 10-cu Azərbaycan çempionatı keçiriləcək. Xəbər Experti xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyası məlumat yayıb. Yarışlar oktyabrın 2-3-də Milli Gimnastika Arenasında gerçəkləşəcək.

Dnepropetrovskda mikroavtobus vuruldu – 5 ölü, 7 yaralı

Ukraynanın Dnepropetrovsk bölgəsində Rusiya dronu mülki şəxsləri daşıyan mikroavtobusu hədəf alıb.  Xəbər Experti xarici KİV-ə istinadən xəbər verir ki, hücum nəticəsində 5 nəfər ölüb, 7 nəfər isə yaralanıb. Vilayət qubernatoru Aleksandr Hanja hücumun Nikopol şəhəri yaxınlığında baş verdiyini bildirib. Dnepropetrovsk Vilayət Şurasının sədri Nikolay Lukaşuk isə rusların insanları daşıyan mikroavtobusu hədəf aldığını qeyd edib.

Sudanda qızıl mədəni çökdü – 60 nəfər həlak oldu

Sudanın Qərbi Kordofan bölgəsindəki Əl-Nuhud şəhərinin şimalında yerləşən qızıl mədənində çökmə baş verib. Xəbər Experti xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 60 nəfər həyatını itirib. Ölənlərin sayının arta biləcəyini istisna edilmir. Qeyd edək ki, qızıl mədənçiliyi Sudan ordusu ilə münaqişədə olan hərbiləşdirilmiş Sürətli Dəstək Qüvvələrinin (RSF) nəzarəti altında olan Qərbi Kordofanda əhəmiyyətli gəlir […]