Xocavənddə təcili tibbi yardım bölməsi istifadəyə verilib

Beyləqan rayonunda fəaliyyət göstərən Xocavənd təcili tibbi yardım bölməsi artıq Xocavənd rayonunda xidmət göstərməyə başlayıb. Bu barədə TƏBİB-dən məlumat verilib. Bildirilib ki, bölmə 24/7 rejimində fəaliyyət göstərir. Xidmətin operativliyinin təmin edilməsi məqsədilə bölmə 3 təcili tibbi yardım avtomobili ilə təchiz olunub. Bölmədə tibb və qeyri-tibb işçisi olmaqla 22 nəfər əməkdaş çalışır. TƏBİB tərəfindən həyata keçirilən […]

“Azərbaycan TRACECA çərçivəsində əməkdaşlığa xüsusi önəm verir” –  Ceyhun Bayramov

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov TRACECA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin baş katibi Casurbek Çoriyevi qəbul edib. Xəbər Experti xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb. Qeyd edilib ki, görüşdə Azərbaycan ilə TRACECA arasında əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, eləcə də regionda nəqliyyat və kommunikasiya əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub. Nazir Azərbaycanın […]

Sabah Masallının iki kəndində qaz təchizatı dayandırılacaq

Aşkar olunmuş qaz sızmasının aradan qaldırılması ilə əlaqədar sentyabrın 18-də saat 10:00-dan işlər yekunlaşanadək Masallı rayonunun Yeyənkənd və Banbaşı kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Bu barədə Azəriqaz” İB-dən məlumat verilib.

Alyaska sahillərində güclü zəlzələ

Bu gün yerli vaxtla 14.19-da (Bakı vaxtı ilə 18.19) Alyaska sahillərində 6,3 bal gücündə zəlzələ baş verib. Xəbər Experti xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb. Zəlzələnin episentri Nikolski yaşayış məntəqəsindən 167 km qərbdə, 83 km dərinlikdə yerləşib.  Dağıntılar və insan tələfatı barədə məlumat verilmir.

Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar. Xəbər Experti xəbər verir ki, tarixi Pir Ömər Sultan ziyarətgahı Şamaxı rayonunun Avaxıl kəndində yerləşir. Burada aparılan ilkin arxeoloji tədqiqatlar nəticəsində XIV əsrin ortalarına aid türbə qalıqları və onun məhz xəlvətilik təliminin […]

Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasında iştirak edib

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyevin rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstanda keçirilən Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasında iştirak edib. Bu barədə DTX-nin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, tədbirdə çıxış edən DTX rəisi müasir geosiyasi proseslərin doğurduğu yeni qlobal və regional təhdidlərə, o cümlədən davam edən genişmiqyaslı hərbi qarşıdurmaların nəqliyyat […]

“Kəpəz” 15 yaşlı futbolçu ilə peşəkar müqavilə imzaladı

“Kəpəz” akademiyanın yetirməsi, 15 yaşlı Əlisahib Əliyevlə peşəkar müqavilə bağlayıb. Xəbər Experti xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb. O, U-19-un əsas qapıçısı olmaqla yanaşı, Əvəzedicilər Liqası və Misli Premyer Liqasında forma geyinmək hüququ qazanıb. “Sarı-göylər”in tarixində yeniyetmə istedadla son belə müqavilə 2018-ci ildə olub. Həmin vaxt 15 yaşlı müdafiəçi Ümid Səmədov […]

Prezident İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib – YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak ediblər. Xəbər Experti xəbər verir ki, “Pasha Hospitality” şirkətinin baş icraçı direktoru Mehmet Balçik dövlətimizin başçısına və birinci xanıma Şamaxı rayonunun Meysəri kəndində yeni inşa olunan “Meysari Grand Hotel & SPA” barədə məlumat verərək […]

Şoyqu İrəvanı Rusiya biznesini ələ keçirməkdə ittiham edib

“Ermənistan hakimiyyəti Moskva ilə əlaqələri kəsmək və Qərblə əməkdaşlığı genişləndirmək xətti götürüb”. Xəbər Experti xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu bildirib. O, İrəvanı Rusiya kapitalı olan müəssisələri ələ keçirməkdə ittiham edib. Şoyqu xatırladıb ki, 1990-cı illərdə Rusiya Ermənistana iqtisadi və enerji böhranından yayınmağa kömək edib, ölkənin Avrasiya İqtisadi İttifaqında (Aİİ) onillik […]

Şəmkirdə 13 il əvvəl törədilmiş qətllə bağlı şübhəli şəxs saxlanılıb

Şəmkirdə 2013-cü ildə törədilmiş qətl hadisəsi ilə bağlı şübhəli şəxs saxlanılıb. Xəbər Experti xəbər verir ki, bu barədə DİN və Baş Prokurorluğun Mətbuat xidmətlərinin birgə məlumatında qeyd edilib. Bildirilib ki, 2013-cü il avqustun 5-də Şəmkir rayonunda 1967-ci il təvəllüdlü Kifayət Məhərrəmovanın yaşadığı evdə üzərində zorakılıq əlamətləri olan meyitinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılıb. […]