Bakıda 24 nömrəli avtobus marşrutunun hərəkət sxemi dəyişdirilib

Paytaxtın Təbriz küçəsində, metronun “Nəriman Nərimanov” stansiyasının ətrafında aparılan təmir işləri ilə əlaqədar 24 nömrəli müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilib. Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib. Məlumata görə, təmir işləri yekunlaşanadək 24 nömrəli marşrutun son dayanacaq məntəqəsi Ağa Nemətulla küçəsində təyin edilib. “Marşrut üzrə avtobusların Bakıxanov qəsəbəsi istiqamətində hərəkəti Ağa Nemətulla, Fətəli […]

“Kəpəz” qapıçısını komandada saxladı

“Kəpəz” futbolçusu Elgün Bayramovla müqaviləni yeniləyib. Xəbər Experti xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. “Sarı-göylər” Elgün Bayramovla mövsümün sonuna kimi anlaşma imzalayıb.  Qeyd edək ki, 23 yaşlı qapıçı ötən mövsümdə 2 oyunda komandasının qapısını qoruyub.

FIFA U-15 Dünya Çempionatı və Festivalına və FIFA U-20 Dünya Çempionatına hazırlıq

Avqustun 5-də 20 yaşınadək kişilər arasında futbol üzrə dünya çempionatının 2027-ci ildə Azərbaycanda keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin iclası keçirilib. Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 27 iyul tarixli Sərəncamı ilə FIFA U-15 Dünya Çempionatı və Festivalının təşkili məsələlərinin də həmin Təşkilat Komitəsinə həvalə edildiyi nəzərə alınaraq, iclasda əvvəlcə sözügedən tədbirə hazırlığın mövcud vəziyyəti və qarşıda […]

“Seuta hadisələri təsadüfi və ya spontan səbəblərdən qaynaqlanmır” – Mərakeş DİN

“Seuta və Melilya sərhəd-keçid məntəqələrində baş verən hadisələr qərəzli rəqəmsal məkanın istismarı və yanlış məlumatların yayılması da daxil olmaqla, bir-biri ilə əlaqəli amillərin nəticəsidir”.  Xəbər Experti xəbər verir ki, bu barədə Mərakeşin Daxili İşlər Nazirliyinin açıqlamasında vurğulanıb. Qeyd olunub ki, toplanmış və təhlil edilmiş müxtəlif məlumatlar göstərir ki, bu hadisələr təsadüfi və ya spontan səbəblərdən […]

Stadionun mərkəzinə ildırım düşdü – 1 futbolçu öldü, 9-u yaralandı

Taylandda keçirilən futbol üzrə “Golok FA Kuboku 2026″nın yarımfinal matçında faciə yaşanıb.  Xəbər Experti xarici KİV-ə istinadən xəbər verir ki, matçın gedişində stadionun mərkəzinə ildırım düşüb. Nəticədə bir çox futbolçu huşunu itirib. Oyunçulara meydana daxil olan tibb qrupları tərəfindən ilk tibbi yardım göstərilib. Hadisədə “FC Yala” klubunun üzvü Sofvan Avae həyatını itirib, 9 futbolçu isə […]

“Cəbrayıl” və “Quba” futbol klublarının adları dəyişdirilib

I Liqada çıxış edən “Cəbrayıl”, II Liqanın iştirakçısı “Quba” futbol komandalarının adları dəyişdirilib. Peşəkar Futbol Liqasından verilən məlumata görə, “Cəbrayıl” yarışlarda “Gəncəbasar”, “Quba” isə “Hypers” adı altında mübarizə aparacaq. Hər iki klubun ad dəyişikliyi ilə bağlı bütün sənədləşmə işləri başa çatdırılıb və zəruri sənədlər Peşəkar Futbol Liqasına təqdim edilib. Qeyd edək ki, liqaların Əsasnaməsinin müvafiq […]

Dövlət qulluğuna qəbul imtahanının “İnformasiya texnologiyaları” fənni üzrə proqram yenilənib

Dövlət qulluğuna qəbul imtahanının “İnformasiya texnologiyaları” fənni üzrə proqram yenilənib. Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib ki, yenilənmiş proqram 2026-cı ilin sentyabr ayından qüvvəyə minəcək. Bildirilib ki, proqrama “Microsoft Excel” proqram təminatının bəzi funksiyalarının praktik tətbiqinə dair mövzular daxil edilib. Dəyişikliklər dövlət qulluğuna, magistraturaya qəbul və ali təhsil pilləsi üzrə digər təyinatlı imtahanlarda tətbiq edilən “İnformatika” […]

Hindistanda yağışlar səbəbindən ölənlərin sayı 20-yə çatıb

Hindistanın cənub-qərbindəki Kerala əyalətində şiddətli yağışların yaratdığı daşqınlarda ölənlərin sayı 20-yə çatıb.  Xəbər Experti xəbər verir ki, bu barədə Hindistan mediası məlumat yayıb. Bildirilib ki, axtarış-xilasetmə əməliyyatları davam edir. Şiddətli yağış və daşqınlardan təsirlənən 11500 nəfər ştatın müxtəlif yerlərində qurulmuş 16 sığınacaqda qalır. Kerala Baş naziri V. D.Satheesan sosial medai hesabında etdiyi paylaşımda fəlakət bölgəsinə […]