Bakı Təşəbbüs Qrupu Dünya Yerli Xalqlar Günü münasibətilə paylaşım edib

Bakı Təşəbbüs Qrupu (BTQ) 9 Avqust – Dünya Yerli Xalqlar Günü münasibətilə paylaşım edib. Xəbər Experti xəbər verir ki, təşkilatın açıqlamasında dünyanın müxtəlif bölgələrində yaşayan yerli xalqların mədəniyyətinə, kimliyinə və hüquqlarına diqqət çəkilib. BTQ Kanakidə (Yeni Kaledoniya) yaşayan kanaklar, Maohi Nuidə (Fransız Polineziyası) yaşayan maohilər, Qvadelupa və Martinikdəki kalinaqo və digər yerli xalqlar, həmçinin Fransız […]

Azərbaycan XİN-dən Sinqapura Müstəqillik Günü təbriki

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) milli bayram münasibətilə Sinqapuru təbrik edib. Xəbər Experti xəbər verir ki, XİN bu barədə “X” sosial şəbəkə hesabında paylaşım edib. “Milli Bayram münasibətilə Sinqapur Respublikasının xalqına və hökumətinə səmimi təbriklər. Milli Bayramın mübarək, Sinqapur”, – paylaşımda qeyd olunub. Xatırladaq ki, 9 avqust Sinqapurda Müstəqillik Günü kimi qeyd olunur. Belə ki, […]

Bəzi rayonlarda leysan yağacaq, şimşək çaxacaq, dolu düşəcək – PROQNOZ

Avqustun 10-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 23-27° isti, gündüz 29-33° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 40-45 % olacaq. Azərbaycanın əsasən […]

Sumqayıtda binada yanğın olub, 6 nəfər təxliyə edilib – VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 34-cü məhəllədə yerləşən yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub. FHN Mətbuat xidmətindən verilən məlumata görə, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt Şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub. Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində beşmərtəbəli yaşayış […]

Xocalı və Xocavəndin bir sıra kənd və qəsəbələrinin elektrik şəbəkəsi yenidən qurulur

Doğma yurda köç etmiş sakinlərin keyfiyyətli elektrik enerjisi ilə təmin olunması üçün “Azərişıq” ASC ölkənin bütün regionlarında olduğu kimi Qarabağ və Şərqi Zəngəzurda da əsaslı təmir, yenidənqurma işlərini davam etdirir. Xocalı və Xocavənd rayonlarının bir sıra kənd və qəsəbələrinin elektrik şəbəkəsi yenidən qurulur. Bu barədə ASC-dən bildirilib. Qeyd olunub ki, Xocalı və Xocavəndin 30-a yaxın kəndinin […]

Ağdaşda baş vermiş hadisə ilə bağlı polis araşdırma aparır

Ağdaş rayonunda nikah yaşına çatmayan şəxsin nişan mərasiminin keçirilməsinə cəhd zamanı çəkiliş aparan media nümayəndələri ilə mərasimi planlaşdıran şəxslər arasında yaranmış münaqişə polis tərəfindən araşdırılır. Xəbər Experti xəbər verir ki, hazırda hadisə ilə bağlı müvafiq ekspertizalar təyin edilib. Araşdırmanın nəticəsindən asılı olaraq, qanunvericiliyin tələblərinə uyğun olaraq həmin şəxslər barəsində məsuliyyət tədbirləri görüləcək.

Dənizdə batan 16 yaşlı yeniyetmənin meyiti tapılıb

Dənizdə batan 16 yaşlı yeniyetmənin meyiti tapılıb. Bu barədə FHN-in Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, iki gün əvvəl Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində ən yaxın sularda xilasetmə məntəqəsindən 2 km aralı dənizdə nəzarətsiz ərazidə batan 2010-cu il təvəllüdlü Seyidəmirov Asiman Elaqif oğlunun meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət […]

Cəlilabadda iki evin həyətyanı sahəsi yanıb

Cəlilabad rayonunda yanğın hadisəsi baş verib. Xəbər Experti-nin məlumatına görə, hadisə rayonun Dostallı kəndində qeydə alınıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi (FHN) Cəlilabad Rayon Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğın nəticəsində kənd sakinlərinə məxsus iki həyətyanı sahədə quru otlar və bir tövlə yanıb. Kənd sakinləri bildiriblər ki, yanğın hadisəsi ərazidən keçən […]

FHN çimərliklərdə təhlükəsizlik qaydaları ilə bağlı əhaliyə müraciət edib

FHN çimərliklərdə təhlükəsizlik qaydaları ilə bağlı əhaliyə müraciət edib. Bu barədə FHN-dən məlumat verilib. Bildirilib ki, hazırda ölkə ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasında qızmar isti hava şəraiti müşahidə olunur: “Belə havanın bazar günü də davam edəcəyi gözlənilir. Bu hava şəraitində, xüsusilə həftəsonları vətəndaşlar istirahət üçün kütləvi şəkildə su hövzələrinə üz tutur. Lakin təəssüflə […]

Azərbaycanda auditorlara fırıldaqçılığın aşkarlanması üsulları öyrədilib

Təzyiq, imkan və bəraət amillərinin eyni vaxtda mövcud olması fırıldaqçılığın başvermə ehtimalını artırır. Xəbər Experti xəbər verir ki, bu barədə Auditorlar Palatasında “Forenzik audit və risk əsaslı audit: fırıldaqçılıq sxemlərinin aşkarlanması və zərərin hesablanması” mövzusunda keçirilən ustad dərsində bildirilib. Qeyd olunub ki, forenzik audit fırıldaqçılıq, mənimsəmə, korrupsiya və digər maliyyə sui-istifadəsi hallarının aşkarlanması, sübut bazasının […]