Bakı, Sumqayıt və Abşeronda pensiyalar sabah ödəniləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən avqustun 14-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərdə tutulub. Bu barədə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Qeyd edilib ki, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik üzrə ödəniləcək.

Konqo Demokratik Respublikasında eboladan ölənlərin sayı 2 mini keçib

Konqo Demokratik Respublikasında (KDR) davam edən ebola epidemiyasında təsdiqlənmiş yoluxma hallarının sayı 4449-a, ölüm hallarının sayı isə 2061-ə çatıb.  Xəbər Experti xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə KDR-in Səhiyyə Nazirliyinin açıqlamasında deyilir. Son məlumatlara görə, epidemiya 5 əyaləti əhatə etməyə davam edir – Haut-Uele, İturi, Şimali Kivu, Cənubi Kivu və Shopo. İturi ümumilikdə […]

Bakıda sərnişin avtobusunda yanğın baş verib

Bakı şəhəri, Nəsimi rayonu, Şəmsi Bədəlbəyli küçəsində avtobusda yanğın baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub. Yanğın qısa müddətdə söndürülüb. Xəsarət alan olmayıb. Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub.

ABŞ-də fırtına yüz minlərlə evi işıqsız qoyub

ABŞ-də Ohayo, İllinoys və İndiana ştatlarına təsir edən şiddətli fırtına həyatı iflic edib. Xəbər Experti xarici KİV-ə istinadən xəbər verir ki, ağaclar və elektrik xətləri aşıb, daşqınlar və yanğınlar 4 nəfərin ölümünə səbəb olub və 800 mindən çox şəxs işıqsız qalıb. Yolların su altında qalması səbəbindən yaşayış məntəqələrinə ciddi ziyan dəyib. Ohayoda yanacaqdoldurma məntəqəsinin damı […]

İtaliyada 8 milyonluq yaxta batdı 

İtaliyada bir iş adamının cəmi 4 gün əvvəl 8 milyon avroya aldığı yaxta batıb. Xəbər Experti İtaliya mətbuatına istinadən xəbər verir ki, olay Sardiniyada, Porto-Çervo yaxınlığında baş verib. 30 metr uzunluğu olan dəbdəbəli “Angiola II” yaxtasının batmasına mühərriyində yaranan nasazlığın səbəb olduğu bildirilir. Hazırda yaxta Kosta-Smeralda adlı ərazidə 7 metr dərinlikdə yanı üstə qalıb.  Qeyd […]

Məleykə Abbaszadə ixtisas seçimində abituriyentləri diqqətli olmağa çağırıb

Dövlət İmtahan Mərkəzi (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə ixtisas seçimindən əvvəl abituriyentlərə məlumatlarla tanış olmağı tövsiyə edib. Xəbıe Experti-nin məlumatına görə, M.Abbaszadə mərkəzin sosial şəbəkə hesabında canlı yayım zamanı çıxışında bildirib ki, abituriyentlər çox zaman müxtəlif şəxslərin fikirlərinə, qeyri-rəsmi saytlarda yayılan məlumatlara əsaslanılırlar. DİM sədri abituriyentlərin həmin məlumatlara güvənməməyi məsləhət görüb: “Çünki onlar səhv […]

Dağıstanda 1 gündə 3 turist həlak olub, biri isə itkin düşüb

Dünən Dağıstanda gün ərzində 3 turist həyatını itirib. Xəbər Experti Rusiya mətbuatına istinadən xəbər verir ki, onlardan ikisi Xəzər dənizində batıb. İnquşetiyadan İzberbaşa gələn 23 və 24 yaşlı gənclərin cəsədləri sudan çıxarılıb. Həmin qrupdan olan bir nəfər isə itkin düşüb. Onun axtarışları hələlik bir nəticə verməyib. Bundan bir qədər sonra Sulaksk kanyonunda kater qayaya çırpılıb […]

Masazır qəsəbəsində qətl hadisəsi baş verib

Abşeron rayonunun Masazır qəsəbəsində qətl hadisəsi baş verib. Xəbər Experti xəbər verir ki, hadisə avqustun 12-də saat 22 radələrində qeydə alınıb. Belə ki, 1993-cü il təvəllüdlü Sahil Nuriyev kəsici-deşici alətlə qətlə yetirilib. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə həmin cinayət əməlini törətməkdə şübhəli bilinən 2008-ci il təvəllüdlü Hüseyn Vəliyev saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı araşdırma […]

Bakı metrosu “Qarabağ”ın oyunu ilə əlaqədar iş rejimini dəyişdirəcək

“Qarabağ” Futbol Klubunun UEFA Konfrans Liqasının III təsnifat mərhələsi çərçivəsində bu gün “Dinamo”ya (Kiyev, Ukrayna) qarşı keçiriləcək oyunu ilə əlaqədar “Bakı Metropoliteni” QSC-də iş rejimi dəyişdiriləcək. Bu barədə “Report”a səhmdar cəmiyyətindən məlumat verilib. Bildirilib ki, oyuna görə “Gənclik” stansiyası gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Qeyd edilib ki, zərurət yaranarsa, ehtiyat qatarlar xəttə buraxılacaq: “Növbətçilik əsasında […]

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri həyata keçiriləcək

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) artan sərnişin tələbatını qarşılamaq üçün avqustun 14-də Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri həyata keçirəcək. Bu barədə səhmdar cəmiyyətindən bildirilib. Məlumata əsasən, bu istiqamətlərə, eyni zamanda, Bakı–Qazax–Bakı marşrutu üzrə ənənəvi qrafiklə gündəlik səfərlər təşkil olunur. Qeyd edilib ki, sərnişinlər biletləri Bakı və Gəncə Dəmiryol Vağzallarının kassalarından, ADY-nin rəsmi saytından və […]