Əlilliyi olan 415 şəxsə on mindən çox reabilitasiya vasitəsi təqdim edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin “RehaPoint” Ambulator Reabilitasiya Məntəqəsində əlilliyi olan şəxslərin reabilitasiya xidmətləri ilə təminatı davam etdirilir. ƏƏSMN-dən verilən məlumata görə, 2023-cü ilin dekabrın 1-dən Qarabağ Regional DOST Mərkəzində fəaliyyətə başlayan Məntəqədə ötən dövrdə 4318 şəxsə xidmətlər göstərilib. Bildirilib ki, bölgədə yaşayan əlilliyi olan şəxslər burada ambulator formada müalicəvi […]

“Qarabağ” mövsümə qələbə ilə başladı

Bu gün Misli Premyer Liqasında ilk tura yekun vurulub. Xəbər Experti xəbər verir ki, son oyun günündə bir görüş keçirilib. “Qarabağ” Tofiq Bəhramov adına Respublika stadionunda “Şamaxı”nı qəbul edib. Matç Ağdam təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. 17 avqust Misli Premyer Liqası, 1-ci tur 19:30. “Qarabağ” – “Şamaxı” – 3:1  Qol: Renaldo Sefas, 28 (1:0), Edqar […]

Çimərlikdə dincəlirdi, timsaha yem oldu

Meksikanın məşhur Puerto-Valyarto şəhərində sahildə dincələn turistə timsah hücum edib. Xəbər Experti xarici KİV-ə istinadən xəbər verir ki, hadisə “Marriott” hotelinin ərazisində baş verib. Timsah 28 yaşlı kişini okeana çəkib. Dərhal xilasetmə tədbirləri həyata keçirilsə də, gəncin parçalanmış cəsədi ertəsi gün 300 metr aralıda tapılıb.  Qeyd edək ki, hotel adminstrasiyası hadisə ilə bağlı açıqlama verərək […]

Xocəsəndə su xəttində qəza aradan qaldırılıb

Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Aprel Zəfəri küçəsinin su təchizatını təmin edən diametri 200 mm olan su xəttində baş vermiş qəza Binəqədi rayon Sukanal İdarəsinin qəza-bərpa briqadası tərəfindən aradan qaldırılıb, təmir-bərpa işləri tam yekunlaşdırılıb. Bu barədə ADSEA-dan məlumat verilib. Bildirilib ki, qəzalı sahədə zəruri texniki tədbirlər həyata keçirilərək xətt üzrə suyun verilişi bərpa olunub. “Qısa müddət […]

Azərbaycana qarşı terror və zorakılıq çağırışları edən 3 Rusiya vətəndaşı beynəlxalq axtarışa verilib

Baş Prokurorluqda Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, ərazi bütövlüyünün parçalanmasına, milli nifrət və düşmənçiliyin salınmasına, habelə terrorçuluğa açıq çağırışların edilməsi faktları ilə başlanmış cinayət işi üzrə ibtidai istintaq davam etdirilir. Baş Prokurorluğun Mətbuat xidmətindən verilən xəbərə görə, istintaq zamanı müəyyən olunub ki, Rusiya Federasiyası vətəndaşları – “Moskva 24” telekanalının aparıcısı, jurnalist Knyazev İvan Andreyeviç, […]

“Oman mane olarsa, ABŞ zərbə endirəcək” – Tramp

“Oman İranla münaqişənin nizamlanmasına mane olarsa, ABŞ bu ölkəyə zərbə endirəcək”. Xəbər Experti xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Fox News-a müsahibəsində deyib. “Əgər Oman yolumuza çıxarsa, onları bombalayacağıq”, – Tramp bildirib.

Fransada təlim təyyarəsi qəzaya uğrayıb, heyət üzvləri xəsarət alıb

Fransa Aerokosmik Qüvvələrinə məxsus Cirrus SR-20 təlim təyyarəsi Salon-de-Provansda (Buş-dyü-Ron departamenti) təlim uçuşu zamanı qəzaya uğrayıb. Xəbər Experti xəbər verir ki, bu barədə Fransa Müdafiə Nazirliyi məlumat yayıb. Heyət üzvləri – təlimatçı və pilot – xəsarət almalarına baxmayaraq siqnal verə biliblər. Qəza zamanı onlar yaşayış məntəqələrindən yayınmağı bacarıblar, nəticədə digər zərəçəkənlər olmayıb. Təyyarədə olan Hərbi […]

Şagirdlərin elektron yerdəyişməsi başlayır

20 avqust saat 15:00-dan etibarən 2026–2027-ci tədris ili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi aktivləşdiriləcək. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən verilən məlumata görə, proses 2–9-cu və 11-ci sinif şagirdlərini əhatə edəcək. Bildirilib ki, şagirdlərin elektron yerdəyişməsi sy.edu.az portalı vasitəsilə həyata keçirilir.

İnterpol xətti ilə axtarışda olan şəxs Qazaxıstandan Azərbaycana ekstradisiya edilib

Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən Qazaxıstan Respublikasının səlahiyyətli orqanlarına ünvanlanan ekstradisiya sorğusu, habelə beynəlxalq prosedurlara uyğun tələb olunan sənədlərin təqdim edilməsindən sonra aparılmış danışıqlar nəticəsində Azərbaycan Respublikasının vətəndaşı Əskərov Tahir Aydın oğlunun Azərbaycan Respublikasına ekstradisiyası ilə bağlı razılıq əldə olunub. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Belə ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin […]

Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq

Aparılacaq təmir işləri ilə əlaqədar Bakı şəhərinin iki küçəsində nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq ediləcək. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib. Belə ki, avqustun 18-dən etibarən Yasamal rayonunun Zahid Xəlilov küçəsi — Akim Abbasov küçəsindən Əbdürrəhim bəy Haqverdiyev küçəsinədək saat 08:00-dan, Nərimanov rayonunun Ceyhun Hacıbəyli küçəsi — Hənifə Ələsgərov küçəsindən […]