Azərbaycanda aqrar sahədə nəticəəsaslı subsidiyalaşdırma modelinə keçid təklif olunur

Azərbaycanda kənd təsərrüfatına dövlət dəstəyinin səmərəliliyini artırmaq üçün subsidiya mexanizmlərinin yenidən nəzərdən keçirilməsi və nəticəəsaslı subsidiyalaşdırma modelinə mərhələli keçid imkanlarının araşdırılması təklif olunur. Bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, bu sahədə həyata keçirilməsi nəzərdə tutulan əsas istiqamətlər aşağıdakılardır: Kənd təsərrüfatına dövlət siyasətinin səmərəliliyinin qiymətləndirilməsi məqsədilə beynəlxalq bençmarkinq və qiymətləndirmə alətlərinin effektiv tətbiqi […]

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Avqustun 16-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi, Naxçıvan MR, Cəbrayıl, Zəngilan, Füzuli, Ağdam, Mingəçevir, Yevlax, Tərtər, Bərdə, Cəlilabad, Biləsuvar, Gədəbəy, Göygöl, Ağstafa, […]

İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu oldu!

Azərbaycan paracüdoçusu İlham Zəkiyev Almaniyada keçirilən Avropa çempionatında qızıl medal qazanıb. Xəbər Experti xəbər verir ki, bu haqda Milli Paralimpiya Komitəsi məlumat yayıb. O, (J1, +95 kq) yarımfinalda Böyük Britaniyanı təmsil edən Daniel Enqlişə qalib gələrək finala yüksəlib. Finalda ispaniyalı Qarros Suarezi ipponla məğlub edən İlham Zəkiyev fəxri kürsünün ən yüksək pilləsinə qalxıb və Avropa […]

“Araz-Naxçıvan”da baş məşqçi ilə bağlı qərar

Lisenziyalaşdırma qaydalarının tələblərini yerinə yetirmək üçün UEFA PRO kateqoriyasına sahib Zaur İsmayılov “Araz-Naxçıvan”nın əsas komandasına baş məşqçi təyin edilib. Xəbər Experti xəbər verir ki, bu barədə klub məlumat yayıb. Rəhbərliyin klubdaxili qərarına əsasən Misli Premyer-Liqasının 2026/2027-ci il mövsümündə A komandanın nəticələrinə, komandanın məşq və oyunlarının idarə olunmasına, komandanın taktiki-texniki hazırlığına və mətbuatla ünsiyyətə (mətbuat konfranslarında […]

XİN İndoneziyada baş verən zəlzələ ilə bağlı başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi İndoneziyada baş verən və insan tələfatı və xəsarətlərlə nəticələnən güclü zəlzələ ilə bağlı başsağlığı verib. Xəbər Experti xəbər verir ki, XİN-in bununla bağlı paylaşımında İndoneziyada həyatını itirənlərin ailə və yaxınlarına dərin hüznlə başsağlığı verilib, xəsarət alanlara isə tezliklə sağalmaları arzulanıb. “Bu çətin zamanda düşüncələrimiz İndoneziya xalqı və hökuməti ilədir”, – deyə […]

İndoneziyada güclü zəlzələ olub

İndoneziyanın Flores adası sahillərində 7,7 bal gücündə zəlzələ olub. Xəbər Experti xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Yeraltı təkanlar Labuan Bajo şəhərindən 162 km məsafədə qeydə alınıb. Zəlzələnin episentri 35 km dərinlikdə yerləşib. Tələfat və ya dağıntı barədə məlumat verilməyib.

Türkiyədə axtarışda olan şəxs Bakıda saxlanılaraq ölkəsinə qaytarılıb

Türkiyədə müxtəlif ağır cinayətlər törətməkdə təqsirləndirilən və axtarışda olan şəxs Bakıda Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Xəbər Experti xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Qeyd olunub ki, İstanbul polisi və Azərbaycan polisi arasında əməkdaşlıq çərçivəsində keçirilən əməliyyat nəticəsində saxlanılan şəxs Türkiyəyə gətirilib. Belə ki, həmin şəxs qəsdən adam öldürmə, […]

İmad Faraj “Neftçi” ilə vidalaşdı

Xəbər verdiyimiz kimi, “Neftçi”nin futbolçusu İmad Faraj klubdan ayrılıb. Tunisli yarımmüdafiəçi karyerasını ölkəsinin “Esperans” klubunda davam etdirəcək. Xəbər Experti xəbər verir ki, klubun sosial media hesabında Farajın müraciəti paylaşılıb. O, klub rəhbərliyinə, komanda yoldaşlarına, məşqçilərə, inzibati heyətə və azarkeşlərə təşəkkür edib: “Bu gün karyeramın mühüm bir səhifəsi başa çatır. Klub rəhbərliyinə, komanda yoldaşlarıma, məşqçilərimə, inzibati […]

Ferran Torres PSJ-yə keçdi

“Barselona”nın hücumçusu Ferran Torres karyerasını PSJ-də davam etdirəcək. Xəbər Experti Paris klubunun rəsmi saytına istinadən xəbər verir ki, 26 yaşlı ispaniyalı futbolçu ilə 2031-ci ilədək müqavilə imzalanıb. 2026-cı ilin dünya çempionu yeni komandasında 9 nömrəli forma ilə çıxış edəcək. Qeyd edək ki, PSJ-nin baş məşqçisi Luis Enrike Ferran Torresi yaxşı tanıyır. Futbolçu 2020-ci ildə məhz […]

Nərimanovda mağazadan oğurluq edən şəxs saxlanılıb

Nərimanov rayonu ərazisində yerləşən mağazaların birindən oğurluq edilib. Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə talama cinayətini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 28 yaşlı F.Əliyev saxlanılıb. DİN-in mətbuat xidmətindən verilən məlumata görə, araşdırmalarla şübhəli şəxsin müştəri qismində daxil olduğu mağazada satıcının başının qarışıq olmasından istifadə edərək obyektə 1500 manata yaxın maddi ziyan vurduğu məlum olub. […]