Çimərlikdə dincəlirdi, timsaha yem oldu
Meksikanın məşhur Puerto-Valyarto şəhərində sahildə dincələn turistə timsah hücum edib.
Xəbər Experti xarici KİV-ə istinadən xəbər verir ki, hadisə “Marriott” hotelinin ərazisində baş verib.
Timsah 28 yaşlı kişini okeana çəkib. Dərhal xilasetmə tədbirləri həyata keçirilsə də, gəncin parçalanmış cəsədi ertəsi gün 300 metr aralıda tapılıb.
Qeyd edək ki, hotel adminstrasiyası hadisə ilə bağlı açıqlama verərək ərazidə xəbərdarlıq lövhələrinin asıldığını, təhlükəli yerlərdə qırmızı bayraqlar sancıldığını və ərazidə daim nəzarətçilərin olduğunu bildirib. Bununla yanaşı, timsahın sahilə necə çıxdığı bəlli deyil.










