Azərbaycanda bəzi qurum və təşkilatların istifadəçi hesablarına kiberhücum cəhdləri qeydə alınıb

Azərbaycanda fəaliyyət göstərən bir sıra qurum və təşkilatların istifadəçi hesablarına koordinasiyalı giriş cəhdləri qeydə alınıb. Xəbər Experti bu barədə Milli Kibertəhlükəsizlik Agentliyinə (MKA) istinadən xəbər verir. “Müşahidələr göstərir ki, kiberhücumçular istifadəçi hesablarına icazəsiz girişi müxtəlif üsullarla həyata keçirirlər. Onlar xarici IP ünvanlarla yanaşı, trafikini Azərbaycan ərazisindən daxil olan legitim bağlantı kimi göstərmək və mümkün coğrafi […]

Hindistanda məbəddə izdiham – 7 ölü

Hindistanın Bihar əyalətindəki bir məbəddə ibadət edənlər arasında izdiham yaşanıb.  Xəbər Experti “Asian News International”a istindən xəbər verir ki, izdiham nəticəsində 7 nəfər ölüb, çoxlu sayda insan yaralanıb. İzdihamın məbədin yaxınlığında elektrik dirəyinin çökməsi nəticəsində yarandığı güman edilir. Ştat hökuməti hadisə yerinə təcili yardım qruplarının göndərildiyini bildirib. Eyni zamanda, bir çox yaralı bölgədəki xəstəxanalara aparılıb.

Keçmiş və indiki həyat yoldaşı dalaşdı, baş məşqçi huşunu itirdi

Misir millisinin baş məşqçisi Hossam Hasan ailə münaqişəsi zamanı huşunu itirib. Bu barədə “Sky News Arabia” məlumat yayıb. Hadisə Hasanın hazırkı həyat yoldaşı Dan-Adamla birlikdə Misirdəki otellərdən birində istirahət etdiyi vaxt baş verib. Bu zaman onlar baş məşqçinin uşaqları ilə birlikdə olan keçmiş həyat yoldaşı Huveyda ilə qarşılaşıblar. Qadınlar arasında qarşılıqlı təhqirlərdən sonra ciddi mübahisə […]

DSX Azərbaycan Sərhəd Mühafizəsinin 107-ci ildönümü münasibətilə təntənəli tədbir keçirib

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasının 107-ci ildönümü münasibətilə təntənəli tədbir keçirilib. Bu barədə DSX-dən məlumat verilib. DSX rəisi general-polkovnik Elçin Quliyev vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi-strateji kursun bu gün Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam edir, həyata keçirilən ardıcıl və […]

“ABŞ İranla danışıqlar aparmır” – Tramp

“Hazırda ABŞ İranla danışıqlar aparmır və belə danışıqların keçirilməsi də planlaşdırılmır”. Xəbər Experti xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Truth Social”da yazıb. “İranla hər hansı danışıqlar və ya təmaslar mövcud deyil. Dəniz blokadası tam gücü ilə davam edir. Hörmüz boğazı açıqdır və fəaliyyət göstərir. Bütün minalar çıxarılıb və ya zərərsizləşdirilib”, – Tramp qeyd […]

Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 18-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Dankan Normanı qəbul edib. Səfir etimadnaməsini dövlət başçısına təqdim edib. Çıxışına Azərbaycan dilində başlayan Dankan Norman deyib: “Zati-aliləri, həyat yoldaşım Kerri ilə mən 27 il əvvəl Azərbaycana ilk dəfə gələndə insanların mehribanlığı və […]

“Hörmüzlə bağlı razılaşma ABŞ-İran danışıqlarını asanlaşdıracaq” – Qətər XİN

“Oman və İranın Hörmüz boğazı ilə bağlı razılığa gəlməsi Vaşinqtonla Tehran arasında danışıqların bərpasını asanlaşdıracaq”.  Xəbər Experti xəbər verir ki, bunu Qətər Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Macid bin Məhəmməd əl-Ənsari bildirib. O deyib ki, iki ölkənin “[Oman və İran arasında] Hörmüz boğazı ilə bağlı razılaşması Vaşinqton və Tehran arasında danışıqları bərpa etməyimizi əhəmiyyətli dərəcədə […]

Almaniya ordusunda əsgər sayı 186 700-ə çatıb

Almaniya Silahlı Qüvvələrində əsgərlərin sayı 186 700 nəfərə çatıb. Xəbər Experti xəbər verir ki, bu barədə Almaniya Müdafiə Nazirliyi məlumat yayıb. Açıqlamada qeyd olunub ki, ordudakı əsgərlərin sayı 2026-cı il üçün müəyyən edilmiş 186 000-190 000 hədəfinə uyğun olaraq 186 700 nəfərə çatıb. Bununla da, Almaniya ordusundakı əsgərlərin sayı son 13 ildə ən yüksək səviyyəyə çatıb. Ölkədə […]

Yunanıstanda meşə yanğınları törədən 281 nəfər həbs olunub

Yunanıstanda bu ilin əvvəllərindən başlayaraq meşə yanğınları törədən 281 nəfər saxlanılıb. Xəbər Experti xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Yunanıstan Daxili İşlər Nazirliyi rəsmi sosial şəbəkə hesabında məlumat yayıb. Məlumatda yanğınların 29-nun qəsdən törədildiyi bildirilir. 252 nəfər isə ehtiyatsızlıqdan yanğına səbəb olub. Qanunlara görə qəsdən yanğın törədənləri ciddi cəza gözləyir. Belə ki, onlar […]

Yunanıstanda helikopter qəzası – 3 nəfər ölüb

Yunanıstanın Şimnos adasında helikopter qəzası baş verib. Xəbər Experti Yunanıstan mətbuatına istinadən xəbər verir ki, özəl helikopter Şimnos adasının Tolos bölgəsində qəzaya uğrayıb. Qəzada pilot və iki sərnişin də daxil olmaqla üç nəfər həyatını itirib. Qəzadan sonra helikopter alovlanıb.