Azərbaycanda yeni kitabxana modelinin əsas istiqamətləri açıqlanıb
“Bu gün ölkəmizdə nümunəvi göstərə biləcəyimiz dövlət kitabxanalarının sayı çox azdır”. Xəbər Experti xəbər verir ki, bunu mədəniyyət nazirinin müavini Fərid Cəfərov naşirlər və yazarlarla görüş zamanı deyib. “Nazirlər Kabinetinin 136 nömrəli qərarı ilə təsdiqlənmiş siyahıya baxsaq, ölkədə təxminən 3 400 kitabxananın olduğunu görərik. Təklif olunan kitabxanaların optimallaşdırma modeli də məhz mövcud vəziyyəti dəyişdirməyə yönəlib”, […]








