Boks üzrə Azərbaycan millisinin daha 2 idmançısı 1/4 finalda
Serbiyanın Loznitsa şəhərində boks üzrə U-19 Avropa çempionatı davam edir. Xəbər Experti xəbər verir ki, yarışın üçüncü günündə Azərbaycan millisinin daha 2 idmançısı 1/4 finala vəsiqə qazanıb. Əli Əliyev (50 kq) ikinci döyüşündə Adrian Zameçiklə (Slovakiya) üz-üzə gəlib. Hər 3 raundu xeyrinə bitirən boksçumuz yekunda 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qələbə qazanıb. […]








