#Dünya

Fransada qədim qəsrdə şou zamanı tribuna aşdı

Erki kommunasındakı Byenassis qəsrində tamaşaçıların olduğu tribunalardan biri yıxılıb.

Xəbər Experti xarici KİV-ə istinadən xəbər verir ki, nəticədə 16 nəfər müxtəlif bədən xəsarətləri alıb.

5 nəfər ağır vəziyyətdə Sen-Brie şəhər xəstəxanasına şatdırılıb. Hadisə axşam tamaşasının başlamasına bir neçə dəqiqə qalmış baş verib. Aralarında turistlərin də olduğu yüzə yaxın tamaşaçı tribunalarda yerlərini tutarkən onlardan birinin dayaqları qırılıb. Faktla bağlı kommuna prokurorluğunda cinayət işi qaldırılıb. 

Qeyd edək ki, XV əsrdə inşa olunmuş Byenassis qəsri turistlərin marağına səbəb olan tarixi tikililərdəndir. Burada tez-tez müxtəlif xarakterli şoular təşkil olunur.

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir