Ayı turistlərə hücum etdi, 1 nəfəri öldürdü
Rusiyada ayı istirahətdə olan cütlüyə hücum edib.
Xəbər Experti Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə Altay Respublikasının Turoçaksk rayonunun Artıbaş kəndi ərazisindəki “İstra” bazasında baş verib.
Gecə saatlarında ər-arvadın qaldığı çadıra ayı soxulub. Əri və yaxınlıqdakı insanlar ayını qova bilməyiblər və vəhşi 29 yaşlı qadını meşəlik əraziyə apararaq parçalayıb. Əraziyə gələn polis Novosibirskdən olan Snejana adlı qadının qalıqlarını bir neçə yüz metr aralıdan tapıblar. Faktla bağlı cinayət işi qaldırılıb.
Yeri gəlmişkən, Rusiyada hər il ayıların insana 15-20 hücum faktı qeydə alınır. Onlardan tən yarısı ölümlə nəticələnir.










