Azərbaycan ehtiyac içində olan ölkələrə humanitar dəstək göstərməyə davam edir –  XİN

Azərbaycan ehtiyac içində olan ölkələrə humanitar dəstək göstərməyə davam edir. Xəbər Experti xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin 19 avqust – Beynəlxalq Humanitar Yardım Günü ilə bağlı “X” hesabında paylaşımında bildirilib. “Azərbaycan beynəlxalq həmrəylik və humanizm prinsiplərini rəhbər tutaraq ehtiyac içində olan insanlara və ölkələrə humanitar dəstək göstərməyə, çətinliklərin aradan qaldırılmasına töhfə […]

ANAMA sədri açıqladı: 436 nəfər mina qurbanı olub

19 avqust – Beynəlxalq Humanitar Yardım Günü ilə əlaqədar EDnews Analtik İnformasiya Portalı Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanovla həmsöhbət olub.  Müsahibədə Azərbaycanın mina problemi, işğaldan azad edilmiş ərazilərdə mina və digər partlayıcı sursatların yaratdığı humanitar çətinliklər, minatəmizləmə əməliyyatlarının miqyası, beynəlxalq dəstəyin səviyyəsi və qarşıda duran əsas vəzifələr müzakirə olunub. “Minalar […]

Güləşçimiz dünya çempionu oldu

Azərbaycanın yunan-Roma güləşçisi Ayxan Cavadov U-20 dünya çempionatında qızıl medal qazanıb. Xəbər Experti xəbər verir ki, 60 kq çəki dərəcəsində çıxış edən idmançımız finalda Özbəkistan təmsilçisi Dostonbek Oripovu 4:1 hesabı ilə məğlub edib. Beləliklə, Ayxan Cavadov ardıcıl ikinci dəfə U-20 dünya çempionu tituluna yiyələnib.

Evdən 10 min manatlıq qızıl oğurlayan şəxs saxlanılıb

Yasamal rayonunda mənzildən dəyəri 10 min manat olan qızıl-zinət əşyaları oğurlanıb. Bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 52 yaşlı N.Babayeva müəyyən edilərək saxlanılıb. Onun qızıl-zinət əşyalarını satdığı məlum olub. Araşdırma aparılır.

Yeni Günəşlidə içməli su xəttində baş vermiş qəza aradan qaldırılıb 

Bu gün saat 08.45-də Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi D yaşayış massivi 29-cu binanın yaxınlığında diametri 110 mm olan içməli su xəttində qəza baş verməsi haqqında rayon sukanal idarəsinə məlumat daxil olub. Xəbər Experti bu barədə “İri Şəhərlərin Su Təchizatı” QSC-yə istinadən xəbər verir. Məlumata görə, Suraxanı rayon Sukanal İdarəsinin qəza bərpa briqadası operativ olaraq […]

Gömrük qaydaları pozulmaqla ölkə ərazisinə gətirilən dərman vasitələri aşkar edilib

Hava Nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri kompleks əməliyyat və nəzarət tədbirləri nəticəsində gömrük qaydaları pozulmaqla ölkə ərazisinə gətirilən dərman vasitələri aşkar edilib. Xəbər Experti bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir. Məlumata görə, Heydər Əliyev Beynəlxalq Hava Limanının 1-ci Terminalının ərazisində xarici ölkələrin hava limanlarında sərnişinlərə paylanaraq ölkə ərazisinə gətirilən bağlamaları onlardan […]

Rumıniya Azərbaycandan neft idxalını 20 faizə yaxın artırıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan Rumıniyaya 821 min 311,3 ton xam neft idxal edib. Xəbər Experti-in Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 522 milyon 201,2 min ABŞ dolları təşkil edib. İxrac olunmuş məhsulun miqdarı 2025-ci ilin 7 ayı ilə müqayisədə 19,7 %, dəyəri isə 38,1 % çoxdur. Rumıniyaya ixrac edilən […]

Bakıda Azərbaycan-Qazaxıstan hərbi mütəxəssisləri görüşüb

Azərbaycan və Qazaxıstan respublikalarının Müdafiə nazirlikləri arasında “Hərbi əməkdaşlıq sahəsində perspektivlərin müzakirə edilməsi üzrə qərargah danışıqları” keçirilib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, nazirliyin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində keçirilən görüşdə hər iki ölkə arasında hərbi əməkdaşlığın cari vəziyyəti, gələcək perspektivləri və bir sıra digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Tədbirdə, həmçinin 2027-ci […]

“Çiçəkli” SES-də istehsal edilən enerjinin həcmi açıqlanıb

Göygöl rayonunun Aşağı Zurnabad qəsəbəsində yerləşən “Çiçəkli” Su Elektrik Stansiyasında (SES) istismara verildiyi tarixdən bu ilin iyul ayınadək 70,4 milyon kVt/saat elektrik enerjisi istehsal edilib. Xəbər Experti bu barədə Energetika Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, SES-lər bərpa olunan enerji istehsalının artırılması, yerli su ehtiyatlarından səmərəli istifadə və enerji təhlükəsizliyinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. […]

Nazarbayevin xalqa müraciət etmək hüququ ləğv edilib 

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev respublikanın 2020–2030-cu illər üçün Xarici Siyasət Konsepsiyasına dəyişikliklər edib.  Xəbər Experti xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Dəyişikliklərə əsasən, sənəddən ölkənin ilk prezidenti Nursultan Nazarbayevin vətəndaşlara və dövlət qurumlarına xarici siyasət məsələləri ilə bağlı müraciət etmək üçün malik olduğu ömürlük hüququ ləğv edilib. Tokayevin müvafiq fərmanı ölkənin hüquqi […]