Evə soxulan ayı yaşlı qadını öldürdü

Rusiyada yaşayış evinə soxulan ayı təqaüdçü qadını öldürüb. Xəbər Experti Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə bu gecə Krasnoyarsk vilayətinin Verxnıy Kebej kəndində baş verib. Kəndin kənarındakı taxta hasarı qıran vəhşi daha sonra pəncərədən evə daxil olub. Divarlardakı caynaq izləri və cəsəddəki yaralar qadını ayının öldürməsi barədə fikir yürütməyə əsas verib. Hazırda kənd ətrafında […]

Xankəndidə Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin filialı fəaliyyətə başlayıb

15 Sentyabr – Bilik Günündə Xankəndi şəhərində yeni təhsil ocağı fəaliyyətə başlayıb. Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin Xankəndi filialı yeni tədris ilində ilk şagirdlərini qəbul edib. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, yeni təhsil müəssisəsində hazırda 45 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə […]

Bəzi rayonlarda leysan yağacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

Sentyabrın 16-sı günün ikinci yarısında Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında arabir yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gözlənilən yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı ehtimal olunur.

Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib – YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 15-də Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyevi, Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərini və müşahidəçilərini, Yəhya Bakuvi beynəlxalq Konfransının həmtəşkilatçıları və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib. Xəbər Experti xəbər verir ki, dövlətimizin başçısı tədbirdə çıxış edib. Prezident İlham Əliyevin […]

Prezident: “Türk dünyası, Qafqaz, İslam aləmi bir yerdə olanda heç kim bizə bata bilməz”

“Bizim birliyimiz hər birimizi gücləndirəcək. Çünki biz hər birimiz tək qalanda çətinliklərlə üzləşə bilərik”. Xəbər Experti xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Bakıda beynəlxalq konfransların iştirakçıları ilə görüşündə səsləndirib. “Amma Türk dünyası, Qafqaz, İslam aləmi bir yerdə olanda heç kim bizə bata bilməz. Heç kim bizə qarşı ədalətsizlik edə bilməz. Ona görə də […]

“İslam dünyasına qarşı elan olunmamış müharibə gedir” – İlham Əliyev

“Bizim dinimizə qarşı, İslam dünyasına qarşı elan olunmamış müharibə gedir və islamofobiya onun kiçik bir tərkib hissəsidir”. Xəbər Experti xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Bakıda beynəlxalq konfransların iştirakçıları ilə görüşündə səsləndirib. “Müsəlman aləmini gözdən salmaq, ləkələmək, terrorla eyniləşdirmək, bizim dəyərlərimizə qarşı, müqəddəs “Qurani-Kərim”ə qarşı o təhqiredici faktlar. Siz hesab edirsiniz ki, bunlar […]

Xırdalanda 19 yaşlı qızın qumbaranın partlaması nəticəsində ölməsi ilə bağlı cinayət işi başlanıb

19 yaşlı qızın partlayış nəticəsində ölməsi faktı ilə bağlı cinayət işi başlanıb. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, sentyabrın 14-də 2007-ci il təvəllüdlü Xədicə Mustafayevanın Abşeron rayonu, Xırdalan şəhərində yerləşən fərdi yaşayış evində əl qumbarasının partlaması nəticəsində aldığı xəsarətlərdən ölməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət […]

Azərbaycan Prezidenti: “Biz heç kimin qabağında baş əymirik və əyməyəcəyik”

“Azərbaycan çox nadir müsəlman ölkələrindəndir ki, Avropa təşkilatlarında iştirak edir. Ona görə biz bilirik orada nələr baş verir”. Xəbər Experti xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Bakıda beynəlxalq konfransların iştirakçıları ilə görüşündə söyləyib. “Avropa Şurasının üzvü olaraq biz bu ədalətsizliklərlə üzləşmişdik, üzləşirik və yəqin ki, üzləşəcəyik”,- deyən dövlətimizin başçısı vurğulayıb ki, bizə qarşı […]

Cəlilabadda iki kənd məktəbinin yeni binaları istifadəyə verilib

Cəlilabad rayonunun Musalı və Kövüzbulaq kəndlərində yeni inşa olunan tam orta ümumtəhsil məktəblərinin binaları Bilik Günü münasibətilə istifadəyə verilib. Xəbər Experti-nin məlumatına görə, sözügedən məktəb binalarının açılış mərasimlərində Elm və Təhsil Nazirliyinin nümayəndələri, rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri iştirak ediblər. Bildirilib ki, həm Musalı, həm də Kövüzbulaq kənd tam orta ümumtəhsil məktəbləri 180 şagird yerlik […]

AFFA Futbol Fitnesi C Sertifikat Proqramı başlayıb

AFFA-nın təşkilatçılığı ilə Təhsil və Reabilitasiya Mərkəzində AFFA Fitnes C kursu başlayıb. Xəbər Experti AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, kursun açılışında AFFA-nın baş katibinin müavini Elçin Məmmədov iştirak edib. AFFA-nın Təhsil proqramının rəhbəri Aslan Kərimov iştirakçılara uğurlar arzulayıb. Kursun məşğələlərini AFFA-nın fitnes üzrə mütəxəssisi Turcay Əhmədov keçir. Proqram futbol klublarında, akademiyalarda və futbolun […]