“Tam məsuliyyətlə deyirəm, Avropa Parlamenti rüşvətxorlar yuvasıdır” – Azərbaycan lideri

“30 il biz bütün Avropa təşkilatlarında öz səsimizi ucaldırdıq, həqiqəti çatdırmağa çalışırdıq”. Xəbər Experti xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Bakıda beynəlxalq konfransların iştirakçıları ilə görüşündə bildirib. “Elə mən özüm şəxsən 2001-ci ildə, – o vaxt Milli Məclisin deputatı idim, Azərbaycan Avropa Şurası Parlament Assambleyasına üzv olmuşdu, mən də Azərbaycan nümayəndə heyətinin başçısı […]

Allahşükür Paşazadə Prezident İlham Əliyevə təşəkkür edib

Şeyxülislam Allahşükür Paşazadə Azərbaycan Prezidenti İlham Əliyevə ona verilən qiymətə görə təşəkkür edib. Xəbər Experti-nin məlumatına görə, o, bu barədə sentyabrın 15-də Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyevi, Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərini və müşahidəçilərini, Yəhya Bakuvi beynəlxalq Konfransının həmtəşkilatçıları və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən […]

Azərbaycanın Montrö festivalında iştirakı xüsusi caz proqramı ilə yekunlaşıb

Sentyabrın 14-də “Auditorium Stravinski”də keçirilən qala-konsertindən sonra Azərbaycan caz sənətinə həsr olunmuş konsert proqramı təqdim edilib. Mədəniyyət Nazirliyindən bildirilib ki, konsertdə tanınmış caz pianoçusu və bəstəkar İsfar Sarabski öz triosu – kontrabas ifaçısı Makar Novikov və zərb alətləri ifaçısı Amir Bresler ilə çıxış edib. Proqramda İsfar Sarabskinin “Horses of Garabagh”, “Around the Thread”, “BTS (Behind […]

Azərbaycan-İsveçrə Birgə Komissiyasının 10-cu iclası keçirilib

İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyətinin İsveçrə Konfederasiyasına işgüzar səfəri çərçivəsində bir sıra görüşlər, həmçinin ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 10-cu iclası keçirilib. Xəbər Experti İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, İsveçrə Konfederasiyasının Prezidenti, Federal İqtisadi Məsələlər, Təhsil və Tədqiqat Departamentinin rəhbəri Gi Parmelen iqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edib. Qəbulda […]

Sabah Bakıda 33 dərəcə isti olacaq

Sentyabrın 16-da gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-22° isti, gündüz 28-33° isti olacaq. Atmosfer təzyiqi […]

Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 15-də Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidanı qəbul edib. Xəbər Experti xəbər verir ki, Hakan Fidan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırdı. Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Rəcəb Tayyib Ərdoğana çatdırmağı xahiş etdi. Söhbət zamanı Azərbaycan-Türkiyə qardaşlıq və strateji […]

Nepalda daşqınlar zamanı ölənlərin sayı 1400-ə çatdı

Nepalda güclü daşqınlar zamanı ölənlərin sayı 1396-a çatıb. Xəbər Experti xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Nepalın hakimiyyət orqanları rəsmi məlumat yayıb. Avqustun 26-da baş vermiş təbii fəlakətdən yana hələ də 2500-ə yaxın insan itkin düşmüş hesab olunur. Onların əksəriyyəti əcnəbilərdir. Yeri gəlmişkən, ölkənin maliyyə naziri Svarnim Vaqle təbii fəlakətin fəsadlarının aradan qaldırılması […]

Azərbaycanda xarici diplomatların və ailə üzvlərinin qeydiyyatı yeni qaydada tənzimlənəcək

Azərbaycanda xarici diplomatların və ailə üzvlərinin qeydiyyatı yeni qaydada tənzimlənəcək. Xəbər Experti-nin xəbərinə görə, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Miqrasiya Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Hazırda xarici ölkələrin Azərbaycan Respublikasında fəaliyyət göstərən diplomatik nümayəndəlik ev konsulluqlarının, habelə beynəlxalq təşkilatların nümayəndəliklərinin əməkdaşları, inzibati-texniki xidmət heyətinə […]

Laçında yeni tədris ilinə start verilib

Sentyabrın 15-də Laçın rayonunda 2026-2027-ci tədris ilinin ilk dərs günü münasibətilə tədbirlər keçirilib. Xəbər Experti xəbər verir ki, Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətindən bildirilib ki, tədbirlərdə Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin və Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin Laçın rayonu üzrə təhsil sektorunun əməkdaşları, məktəblərin pedaqoji kollektivləri, şagirdlər və valideynlər iştirak ediblər. […]

Ukrayna və Azərbaycan Orta Dəhlizin imkanlarının genişləndirilməsini müzakirə ediblər

Ukrayna ilə Azərbaycan nəqliyyat və logistika əməkdaşlığının möhkəmləndirilməsi üçün əhəmiyyətli potensiala malikdir, Qara və Xəzər dənizləri arasında yeni marşrutların inkişafı isə Avropa ilə Mərkəzi Asiya arasında əlaqələrin güclənməsinə töhfə verəcək. Xəbər Experti xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevlə görüşünün yekunlarına dair bildirib. “Nəqliyyat, […]