Ayı turistlərə hücum etdi, 1 nəfəri öldürdü

Rusiyada ayı istirahətdə olan cütlüyə hücum edib. Xəbər Experti Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə Altay Respublikasının Turoçaksk rayonunun Artıbaş kəndi ərazisindəki “İstra” bazasında baş verib. Gecə saatlarında ər-arvadın qaldığı çadıra ayı soxulub. Əri və yaxınlıqdakı insanlar ayını qova bilməyiblər və vəhşi 29 yaşlı qadını meşəlik əraziyə apararaq parçalayıb. Əraziyə gələn polis Novosibirskdən olan […]

Sabah Astaranın üç kəndində qaz olmayacaq

Sabah Astara rayonunun üç kəndində qaz təchizatı müvəqqəti dayandırılacaq. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib. Bildirilib ki, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar

Malayziyanın yeni səfiri Azərbaycana gəlib

Malayziyanın Azərbaycana yeni təyin olunmuş səfiri Aznifa Əbdül Qəni Bakıya gəlib. Xəbər Experti xəbər verir ki, bu barədə Malayziya səfirliyi “X” sosial şəbəkəsində məlumat yayıb. “Malayziya səfirliyi 2026-cı il avqustun 17-də rəsmi olaraq vəzifəsinin icrasına başlayan Malayziyanın Azərbaycan Respublikasındakı yeni səfiri Aznifa Əbdül Qənini səmimi qəlbdən salamlayır”, – məlumatda bildirilir.

Sabirabadda 8 kiloqram narkotik vasitə aşkarlanıb

Sabirabadda 8 kiloqram narkotik vasitə aşkarlanıb Sabirabadda 8 kiloqram narkotik vasitə aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən 36 yaşlı İlkin Əbdürəhmanov saxlanılıb. Ondan 8 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb. Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs […]

Fransada qədim qəsrdə şou zamanı tribuna aşdı

Erki kommunasındakı Byenassis qəsrində tamaşaçıların olduğu tribunalardan biri yıxılıb. Xəbər Experti xarici KİV-ə istinadən xəbər verir ki, nəticədə 16 nəfər müxtəlif bədən xəsarətləri alıb. 5 nəfər ağır vəziyyətdə Sen-Brie şəhər xəstəxanasına şatdırılıb. Hadisə axşam tamaşasının başlamasına bir neçə dəqiqə qalmış baş verib. Aralarında turistlərin də olduğu yüzə yaxın tamaşaçı tribunalarda yerlərini tutarkən onlardan birinin dayaqları […]

Birinci Qarabağ müharibəsinin daha 5 itkin-şəhidi dəfn olunacaq

Birinci Qarabağ müharibəsinin daha 5 itkin-şəhidi dəfn olunacaq. Xəbər Experti xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının itkin-şəhidlərin dəfn mərasimlərinə dair məlumatında bildirilib. Məlumatda qeyd olunub ki, Birinci Qarabağ müharibəsində itkin düşən və sonradan nəşi tapılaraq şəxsiyyəti müəyyənləşdirilən Məmmədov Çümşüd Həsənxan oğlu, İsmayılov Sərdar Cəfər oğlu, Məhərrəmov […]

Azərbaycan boksçusu Avropa çempionatının yarımfinalında

Azərbaycan boksçusu Banuçiçək Nəsirli Serbiyanın Loznitsa şəhərində keçirilən U-19 Avropa çempionatında yarımfinala yüksəlib. Xəbər Experti xəbər verir ki, 48 kq çəkidə mübarizə aparan milli üzvü 1/4 finalda Katarjina Qornisieviçlə (Polşa) qarşılaşıb. Nəsirli rəqibini 3:2 (30:27, 28:29, 28:29, 30:27, 29:28) hesabı ilə məğlub edib. O, yarımfinala vəsiqə qazanmaqla özü üçün azı bürünc medalı təmin edib. Boksçumuz […]

Rusiya səfiri Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb

Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov Xarici İşlər Nazirliyinə çağırılıb. Xarici İşlər Nazirliyindən verilən xəbərə görə, görüş zamanı son dövrlərdə Rusiya Federasiyasının media və informasiya məkanında Azərbaycan Respublikası, Azərbaycan xalqı və ölkə rəhbərliyi əleyhinə səsləndirilən təxribat, təhqir və təhdid xarakterli açıqlamalarla bağlı Azərbaycan tərəfinin ciddi narahatlığı və qəti etirazı Rusiya tərəfinin […]

Azərbaycanda külək enerjisinin istehsalı 22 dəfə artıb

Azərbaycanda külək elektrik stansiyalarında 606,4 milyon kVt/saat elektrik enerjisi istehsal edilib. Xəbər Experti Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, 2025-ci ilin 7 ayı ilə müqayisədə 22 dəfə çoxdur. Hesabat dövründə Azərbaycanda 15 milyard 172 milyon kVt/saat elektrik enerjisi istehsal edilib ki, bu da 2025-ci ilin ilk 7 ayı ilə müqayisədə 3 % azdır. […]

Azərbaycanda bəzi qurum və təşkilatların istifadəçi hesablarına kiberhücum cəhdləri qeydə alınıb

Azərbaycanda fəaliyyət göstərən bir sıra qurum və təşkilatların istifadəçi hesablarına koordinasiyalı giriş cəhdləri qeydə alınıb. Xəbər Experti bu barədə Milli Kibertəhlükəsizlik Agentliyinə (MKA) istinadən xəbər verir. “Müşahidələr göstərir ki, kiberhücumçular istifadəçi hesablarına icazəsiz girişi müxtəlif üsullarla həyata keçirirlər. Onlar xarici IP ünvanlarla yanaşı, trafikini Azərbaycan ərazisindən daxil olan legitim bağlantı kimi göstərmək və mümkün coğrafi […]