Səhiyyə Nazirliyi rezidenturaya qəbul olanlara müraciət edib

2026-2027-ci tədris ili üçün rezidenturaya (Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsini bitirmiş namizədlər istisna olmaqla) qəbul olmuş şəxslər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ilə mülki-hüquq müqaviləsi bağlamalı və qeydiyyatdan keçməlidirlər. Bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, rezidenturaya qəbul olmuş şəxsin özü olmadıqda müqaviləni həmin şəxsin etibarnamə verdiyi digər şəxs imzalaya bilər. Rezidenturaya qəbul olmuş şəxslərin […]

Azərbaycan Respublikası üçün Turizm Səfiri Proqramı yaradılacaq

2026-2030-cu illər ərzində Azərbaycan Respublikası üçün Turizm Səfiri Proqramının yaradılması nəzərdə tutulur. Xəbər Experti xəbər verir ki, bu, Prezidentin 20 avqust 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nın Tədbirlər Planında əksini tapıb. Belə ki, bu istiqamətdə turizm səfirlərinin iştirakı ilə Azərbaycana tanıtım səfərlərinin təşkili, sosial […]

Abşeronda 6 avtomobil və iki marketi talayan şəxs saxlanılıb

Abşeron rayonunda müxtəlif vaxtlarda 6 avtomobildən pul vəsaitləri, mobil telefonlar, səsgücləndiricilər və digər qiymətli əşyalar oğurlanıb. Bu barədə DİN-dən məlumat verilib. Bildirilib ki, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə talama cinayətini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 32 yaşlı C.Mikayılov müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun rayon ərazisində yerləşən iki marketdən oğurluq etdiyi də məlum […]

Rusiya yenidən Kiyevə dronlarla hücum edib

Rusiya bu gün yenidən Kiyevə pilotsuz uçuş aparatları ilə zərbələr endirib, atəş paytaxtda yanğına səbəb olub. Xəbər Experti xəbər verir ki, bu barədə RBC-Ukrayna məlumat yayıb. Şəhər meri Vitali Kliçko bildirib ki, dronun qalıqları yaşayış olmayan binanın üzərinə düşüb, yanğın baş verib. Kliçko əlavə edib ki, artıq hadisə yerinə təcili yardım xidmətləri göndərilir. Xatırladaq ki, […]

“Qarabağ” “Tvente” ilə oyuna bu heyətlə çıxır

UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində bu gün keçiriləcək “Tvente” (Niderland) – “Qarabağ” matçı üçün heyətlər açıqlanıb. Xəbər Experti xəbər verir ki, komandalar Bakı vaxtı ilə saat 22:00-da başlayacaq matça aşağıdakı tərkibdə çıxacaqlar: “Tvente” (əsas heyət): 1. Unnerştall, 28. Van Roy, 43. Nistad, 3. Pröpper (k), 29. Adelqard, 6. Zeruki, 42. Vaydman, 7. Pjaca, 11. Daan […]

Kürdəxanıda yol kənarında tikinti materialları yanıb

Bakı şəhərinin Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazisində yol kənarında tikinti materialları yanır. Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Qeyd edilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

Azərbaycanda 4 sığorta vasitəçisinin lisenziyası ləğv edilib

Azərbaycan Mərkəzi Bankı (AMB) 4 sığorta vasitəçisinin lisenziyasını ləğv edib. Xəbər Experti bu barədə AMB-yə istinadən xəbər verir. Məlumata görə, “Sığorta fəaliyyəti haqqında” qanunun 107.1.2-ci maddəsinə müvafiq olaraq lisenziya sahiblərinin lisenziyalarının qüvvəsinin dayandırılmasına əsas vermiş halları müəyyən edilmiş müddətdə aradan qaldırmadığı nəzərə alınaraq 1 hüquqi şəxs olan sığorta brokerinə (“Sizin Sığorta Brokeri” MMC), 1 fiziki […]

Messi rəqibi ilə kəllə-kəlləyə gəldi, vurmağa cəhd etdi

“İnter Mayami”nin hücumçusu Lionel Messinin MLS-in 20-ci turunda “Filadelfiya Yunion”la matçda (2:2) etdiyi hərəkət İntizam Komitəsi tərəfindən araşdırılacaq. Xəbər Experti xəbər verir ki, hadisə qarşılaşmanın ikinci hissəsində baş verib. Videogörüntüdə Messinin rəqibin başına əli ilə vurmağa cəhd etdiyi görünür. Argentinalı futbolçunun ən böyük ehtimalla maliyyə cəriməsi ilə üzləşəcəyi bildirilir. Qaydalara əsasən, Messinin bir oyunluq diskvalifikasiya […]

Tacikistan İrandan xam neft və yanacaq istəyib

Tacikistan 2,55 milyon ton neft və neft məhsullarının tədarükü üçün rəsmi olaraq İrana müraciət edib. Xəbər Experti xəbər verir ki, bu barədə Tacikistanın Nəqliyyat Nazirliyi məlumat yayıb. Müraciətdə xam neft (2 ml ton), dizel yanacağı (300 min ton), benzin (150 min ton) və aviasiya kerosini (150 min ton) yer alıb.  Qeyd edilib ki, bu, iki […]

Azərbaycan XİN Mərkəzi Afrika Respublikasına başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Mərkəzi Afrika Respublikasına başsağlığı verib. Xəbər Experti xəbər verir ki, bu barədə XİN-in “X” hesabında məlumat verilib. “Mərkəzi Afrika Respublikasında çoxsaylı insanın həyatını itirməsinə və xəsarət almasına səbəb olan qızıl mədənində baş vermiş ölümcül qəza xəbəri bizi dərindən kədərləndirib. Həlak olanların ailələrinə, eləcə də Mərkəzi Afrika Respublikasının xalqına və hökumətinə […]