Bəşər Əsədin əmisi oğluna ölüm hökmü verildi

Suriyanın sabiq prezidenti Bəşər Əsədin əmisi oğlu Vasim Əsəd ölüm hökmünə məhkum edilib. Xəbər Experti xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Dəməşqdə keçirilən məhkəmə iclasında qərar qəbul olunub. Vasim Əsəd bir neçə nəfərin öldürülməsində, işgəncə verməkdə, insanlığa qarşı və hərbi cinayətlərdə ittiham edilirdi. Yeri gəlmişkən, məhkəmənin qərarı ilə Vasim Əsədin bütün əmlakı da […]

İran Hörmüz boğazının açılması üçün şərtlərini açıqlayıb

“Hörmüz boğazı Birləşmiş Ştatların blokadanı aradan qaldırması, dondurulmuş aktivlərin açılması və neft sanksiyalarının ləğvi də daxil olmaqla, ABŞ-İran memorandumunun şərtlərini yerinə yetirənə qədər bağlı qalacaq”. Xəbər Experti xəbər verir ki, bunu İran parlamentinin spikeri Məhəmməd Baqir Qalibaf deyib. O bildirib ki, Hörmüz boğazının açılması üçün bütün cəbhələrdə təhdidlərə və hərbi əməliyyatlara da son qoyulmalıdır. Qalibafın […]

Hərbi Prokurorluğun rəhbərliyi DSX-nin hospitalını və hərbi hissələrini ziyarət edib

Azərbaycan Sərhəd Mühafizəsinin yaradılmasının 107-ci ildönümü ilə bağlı Hərbi Prokurorluğun rəhbər vəzifəli şəxsləri tərəfindən Dövlət Sərhəd Xidmətinin hospitalında müalicə olunan və hərbi hissələrdə xidmət edən sərhədçilər ziyarət olunub, bayramları təbrik edilib. Xəbər Experti xəbər verir ki, ziyarətçilər görüş zamanı Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi uğurlardan, […]

Filippində yağışlar 23 nəfərin həyatına son qoyub

Filippində musson yağışları həyatı iflic edib.  Xəbər Experti xarici KİV-ə istinadən xəbər verir ki, şiddətli yağışlar səbəbindən 23 nəfər ölüb, 17 nəfər yaralanıb, bir nəfər isə itkin düşüb. Mülki Müdafiə İdarəsinin rəsmisi Dieqo Mariano bildirib ki, hazırda 523 təxliyə mərkəzində 24 mindən çox insan yerləşdirilib və 5 milyondan çox insan hava hadisələrindən mənfi təsirlənib.

Mətbuat Şurası Rusiya informasiya məkanında Azərbaycana qarşı təhdid xarakterli fikirləri pisləyib – BƏYANAT

“Rusiyanın bəzi KİV-lərində Azərbaycan dövlətinə, xalqına, ölkə rəhbərliyinə və görkəmli şəxsiyyətlərimizə qarşı nalayiq, təhdid xarakterli və təhqiramiz materiallar və fikirlər paylaşılmaqdadır. Hesab edirik ki, bu, sivil jurnalistika prinsiplərinə, etik normalara və insani dəyərlərə tamamilə ziddir. Təəssüf ki, Rusiyanın informasiya məkanında belə hallar ardıcıl şəkildə müşahidə edilir”. Bu barədə Mətbuat Şurasının bəyanatında deyilir. Mətbuat Şurası bu […]

Dördüncü ixtisas qrupu üzrə 10 mindən çox abituriyent müsabiqədə iştirak hüququ əldə edib

İmtahan nəticələrinə əsasən IV ixtisas qrupu üzrə qəbul müsabiqəsində iştirak etmək hüququ qazanan abituriyentlərin sayı açıqlanıb. Dövlət İmtahan Mərkəzindən bildirilib ki, IV ixtisas qrupu üzrə ümumi balı 200-dən və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan 4 min 582, ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan 5 min 419 […]

Bakı-Tbilisi-Ərzurum kəməri ilə 7 ayda 13 milyard kubmetrdən çox qaz nəql edilib

Bu ilin yanvar-iyul aylarında Azərbaycanın magistral qaz kəmərləri ilə 23 milyard 989,9 milyon kubmetr qaz nəql edilib. Xəbər Experti-nin Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu, 2025-ci ilin 7 ayı ilə müqayisədə 2,4 % çoxdur. Hesabat dövrünə qazın nəqlinin 55,8 %-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib. Bu kəmərlə 13 milyard 385,1 […]

Azad edilmiş ərazilərdə daha 132 mina, 614 PHS aşkarlanıb

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik (10.08.2026-16.08.2026) məlumat açıqlanıb. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) verilən məlumata görə, azad edilmiş ərazilərdə ötən həftə 107 piyada əleyhinə mina, 25 tank əleyhinə mina, 614 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb. Bildirilib ki, 1700,4 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

ABŞ və İran atəşkəsi uzadıb- KİV 

ABŞ və İran 60 günlük atəşkəsin uzadılması barədə razılığa gəliblər. Xəbər Experti xəbər verir ki, bu barədə “Əl-Ərəbiyyə” kanalı mənbələrə istinadən məıumat yayıb. “İran və ABŞ arasında 60 günlük atəşkəsin uzadılması ilə bağlı razılaşma barədə məlumat daxil olub”, – mənbələr bildirib. Xatırladaq ki, ABŞ və İran arasında ötən ilin iyun ayında imzalanmış anlaşma memorandumunda nəzərdə […]

Əlilliyi olan 415 şəxsə on mindən çox reabilitasiya vasitəsi təqdim edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin “RehaPoint” Ambulator Reabilitasiya Məntəqəsində əlilliyi olan şəxslərin reabilitasiya xidmətləri ilə təminatı davam etdirilir. ƏƏSMN-dən verilən məlumata görə, 2023-cü ilin dekabrın 1-dən Qarabağ Regional DOST Mərkəzində fəaliyyətə başlayan Məntəqədə ötən dövrdə 4318 şəxsə xidmətlər göstərilib. Bildirilib ki, bölgədə yaşayan əlilliyi olan şəxslər burada ambulator formada müalicəvi […]