“Sabah”ın həlledici oyununun hakimləri açıqlandı

UEFA Çempionlar Liqasının pley-off mərhələsində keçiriləcək “Sabah” – “Hapoel” (Beer-Şeva) cavab oyununun hakim təyinatları açıqlanıb. Xəbər Experti xəbər verir ki, avqustun 25-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüşü rumıniyalı hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi İştvan Kovaç olacaq. Ona Mixay Marika və Ferents Tunyodi kömək edəcəklər. Dördüncü hakim funksiyasını Sabolç Kovaç yerinə yetirəcək. […]

Məktəb direktoru müavinlərinin işə qəbulu üzrə elektron qeydiyyat başlayır

Avqustun 24-də dövlət ümumi təhsil müəssisələrində direktor müavini vəzifələrinə işə qəbul üzrə elektron sənəd qəbulu mərhələsinə başlanılacaq. Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, avqustun 24-də saat 15:00-dan etibarən təlim-tərbiyə işləri üzrə direktor müavini və digər profillər üzrə direktor müavini vəzifəsi vakant olan dövlət ümumi təhsil müəssisələrinə işə qəbul […]

İlham Əliyev Özbəkistana dövlət səfərinə gəlib

Avqustun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasına dövlət səfərinə gəlib. Xəbər Experti xəbər verir ki, “Daşkənd-Xumo” Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev və xanımı Ziroatxon Mirziyoyeva qarşıladılar.

Sabah Rusiyadan Ermənistana Azərbaycandan keçməklə 7 vaqon propan göndəriləcək

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçiriləcək. Xəbər Experti xəbər verir ki, 7 vaqondan ibarət, çəkisi 242 ton olan propan 24 avqust tarixində Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndəriləcək. Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 50 min tondan çox taxıl, 9 min tona yaxın gübrə, 1172 ton propan, 133 ton […]

Ombudsman Özbəkistanda səfərdə olub

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Özbəkistan Respublikasının Daşkənd şəhərində “Rəqəmsal transformasiya kontekstində insan hüquqları: müasir yanaşmalar” mövzusunda keçirilmiş beynəlxalq elmi-praktik konfransda iştirak edib. Qurumdan verilən məlumata görə, konfransda “Rəqəmsal dünyada qadın hüquqları və gender bərabərliyi: müdafiə və imkanlar” mövzusunda panel sessiyada çıxışı edən Səbinə Əliyeva ombudsman və milli insan hüquqları təsisatlarının […]

Sabah hava necə olacaq?

Avqustun 24-də gözlənilən hava proqnozu açıqlanıb. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib. Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz olacağı gözlənilir. Cənub-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 22-25° isti, gündüz 33-38° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 40-50 % olacaq. […]

Qızıl və gümüşün bahalaşması davam edir

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri artıb. Xəbər Experti birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin dəyəri 2,39% artaraq 4 680,6 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün bir unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin qiyməti də 2,13% artaraq […]

Nyu-York birjasında təbii qaz bahalaşıb

Nyu-Yorkun “NYMEX” əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb. Xəbər Experti xəbər verir ki, 2026-cı ilin sentyabr ayında çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 1,46% artaraq 2,77 ABŞ dolları təşkil edib.

Ötən gün 2 avtomat, 13 tüfəng aşkarlanıb

Avqustun 21-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 2 qumbara, 13 tüfəng, 2 patron darağı və 43 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər. Bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, DİN-in əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Azərbaycandan tranzit keçməklə Ermənistana buğda və propan göndərilib

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. Xəbər Experti xəbər verir ki, çəkisi 630 ton olan 9 vaqon buğda və çəkisi 36 ton olan 1 vaqon propan Biləcəri stansiyasından yola salınıb. Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 49 min tondan çox taxıl, 9 min tona yaxın gübrə, 1136 ton propan, […]