#Dünya

O top 3,35 milyon dollara satıldı

1986-cı il dünya çempionatının 1/4 finalında Argentina ilə İngiltərə arasında keçirilən oyunda (2:1) Dieqo Maradonanın “Tanrının əli” qolunu vurduğu futbol topu hərracda 3,35 milyon dollara satılıb.

Xəbər Experti xəbər verir ki, bu barədə “Goal” məlumat yayıb.

Artefakt avqustun 22-də “Heritage Auctions” hərracında satışa çıxarılıb. Lotun ilkin qiyməti 2,5 milyon dollar olub. Maradona bu topla mübahisəli şəkildə əli ilə qol vuraraq hesabı açıb, 4 dəqiqə sonra isə möhtəşəm fərdi keçidlə daha bir qol vurub.

Lotun əvvəlcədən 10 milyon dollara qədər qiymətləndiriləcəyi gözlənilsə də, yekun məbləğ rekorda çatmayıb. Maradonanın həmin oyunda geyindiyi forma 2022-ci ildə 9,3 milyon dollara satılıb.

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir