Çin və İordaniya Hörmüz vasitəsilə normal gəmiçiliyin bərpasına çağırıb
“Çin və İordaniya Hörmüz boğazı vasitəsilə normal gəmiçiliyin bərpasına və ABŞ ilə İran arasında atəşkəsin qorunub saxlanılmasına çağırıblar”.
Xəbər Experti xəbər verir ki, bu barədə İordaniya Kralı II Abdullahın Çinə səfərinin yekunlarına dair iki ölkənin birgə bəyanatda bildirilib.
“Hörmüz boğazı malların və enerji resurslarının beynəlxalq ticarəti üçün mühüm marşrutdur və boğaz vasitəsilə normal gəmiçiliyin bərpası zəruridir”, – bəyanatda deyilir.
Tərəflər, həmçinin ABŞ ilə İran arasında atəşkəsin qorunmasına, eləcə də gərginliyin səbəblərini aradan qaldıracaq hərtərəfli həll yoluna dialoq və danışıqlar vasitəsilə nail olunmasına çağırıblar. Çin və İordaniya hər iki ölkənin suverenliyinə, təhlükəsizliyinə və ərazi bütövlüyünə hörmət edilməsinin vacibliyini vurğulayıblar.








