Sabirabadda məktəbdə yanğın olub
Sabirabad rayonunun Yolçubəyli kəndində məktəbdə yanğın baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, ümumi sahəsi 150 m² olan birmərtəbəli məktəb binasının yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.








