Xocalı və Ağdərədə 34 ildən sonra sakinlər taxıl biçini aparır
Xocalı və Ağdərədə ilk taxıl yığımından bol məhsul əldə edilib
İşğaldan azad olunmuş Xocalı və Ağdərə rayonlarının pay torpaqlarında ilk dəfə aparılan taxıl əkini uğurla nəticələnib və 1000 hektardan çox sahədən bol məhsul götürülüb. Bərpa, Tikinti və İdarəetmə Xidmətindən verilən məlumata görə, bu uğur dövlət dəstəyi və düzgün aqrotexniki qulluğun nəticəsidir.
Məhsuldarlığın artırılması və əhalinin məşğulluğu üçün Xocalının Ballıca kəndində mühüm addımlar atılıb:
“Torpaqların icarəsi” layihəsi: Təlimləri uğurla bitirən 89 sakinə ailəbaşına orta hesabla 1.5 hektar olmaqla, ümumilikdə 1234.69 hektar torpaq uzunmüddətli icarəyə verilib.
Kooperativlər və fərdi təsərrüfatlar: Kənddə 72 üzvü birləşdirən 9 kooperativ (1052.01 ha) və 42 üzvü olan 12 kəndli fermer təsərrüfatı (152.68 ha) yaradılıb.
“Böyük Qayıdış” proqramına böyük töhfə verən bu ilk uğur, Xocalı və Ağdərənin gələcəkdə ölkənin əsas taxılçılıq mərkəzlərindən birinə çevrilməsinə zəmin yaradır.










