#Ölkə

Ötən gün ölkədə 36 kiloqramdan çox narkotik aşkarlanıb

Azərbaycanda iyulun 10-da ümumi çəkisi 36 kiloqramdan artıq olan narkotik vasitə aşkar olunub.

Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 2 kiloqrama yaxın heroin, 33 kiloqramdan artıq marixuana, 400 qrama yaxın metamfetamin olub.

Həmçinin ötən gün keçirilən tədbirlərlə yabanı halda bitmiş 11 ton 770 kiloqram çətənə kolu aşkarlanaraq məhv edilib

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir