FHN həftəsonu çimərliklərə üz tutan vətəndaşlara müraciət edib
Fövqəladə Hallar Nazirliyi (FHN) yay mövsümü ilə əlaqədar çimərliklərə üz tutan vətəndaşlara müraciət edərək təhlükəsizlik qaydalarına ciddi riayət etməyi tapşırıb.
Çimərliklərdə qəti qadağandır:
Nəzərdə tutulmamış ərazilərdə (kanal, çay, arx və s.) çimmək,çimmə zonasının işarələnmiş sərhədlərindən kənara üzmək,küləkli havada dənizə girmək və hava qaraldıqdan sonra suya daxil olmaq,çimərlikdə gecələmək və əraziyə sərxoş halda gəlmək, suda kobud hərəkətlər etmək və kənar qayıqlarla çimərliyə daxil olmaq.
Vacib qaydalar:
Uşaqlar çimərlikdə əsla nəzarətsiz qalmamalıdı, xəbərdaredici nişanların tələblərinə və xilasedicilərin çağırışlarına sözsüz əməl edilməlidir, qızmar günəş altında fasiləsiz dayanmaq sağlamlıq üçün təhlükəlidir










