Sumqayıt Teatrında Sabir Rüstəmxanlının yubileyinə yeni tamaşa hazırlanır
Sumqayıt Dövlət Dram Teatrında Xalq şairi, “Şöhrət” və “Şərəf” ordenli görkəmli ictimai xadim Sabir Rüstəmxanlının 80 illik yubileyi münasibətilə dövlət sifarişi əsasında yazıçının “Sürgün sevgi” əsəri əsasında eyniadlı iki hissəli milli faciə janrında yeni tamaşa hazırlanır. Teatrdan bildirilib ki, səhnə əsərinin bədii rəhbəri Xalq artisti Firudin Məhərrəmov, quruluşçu rejissoru Ağalar İdrisoğlu, bəstəkarı Əməkdar incəsənət xadimi […]








