#Futbol

Messi qol vurdu, bombardir oldu

“İnter Mayami”nin hücumçusu Lionel Messi MLS çempionatının 25-ci turunda “Neşvill”ə qarşı ev oyununda (2:2) qol vurub.

Xəbər Experti xəbər verir ki, bu, argentinalı futbolçunun cari mövsümdə 19-cu qolu olub.

Nəticədə Messi çempionatın bombardirlər yarışında ilk pilləyə yüksəlib.  O, 18 qol vuran “Dallas”ın futbolçusu Petar Musanı qabaqlayıb.

Messi həm də MLS-də ardıcıl qol vurduğu oyunların sayını yeddiyə çatdırıb. 

Qeyd edək ki, “İnter Mayami” 25 oyundan sonra 45 xalla Şərq Konfransının turnir cədvəlində ikincdir. “Neşvill” isə 54 xalla liderdir.

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir