#Dünya

Konqo Demokratik Respublikasında eboladan ölənlərin sayı 2 mini keçib

Konqo Demokratik Respublikasında (KDR) davam edən ebola epidemiyasında təsdiqlənmiş yoluxma hallarının sayı 4449-a, ölüm hallarının sayı isə 2061-ə çatıb. 

Xəbər Experti xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə KDR-in Səhiyyə Nazirliyinin açıqlamasında deyilir.

Son məlumatlara görə, epidemiya 5 əyaləti əhatə etməyə davam edir – Haut-Uele, İturi, Şimali Kivu, Cənubi Kivu və Shopo.

İturi ümumilikdə 53 bölgəyə yayılan epidemiyanın episentri olaraq qalsa da, Cənubi Kivuda 75 gündür yeni təsdiqlənmiş yoluxma halı qeydə alınmayıb.

Xatırladaq ki, ebola virusu ilk dəfə 1976-cı ildə Sudanın Nzara və Konqo Demokratik Respublikasının Yambuku bölgələrində eyni vaxtda baş verən epidemiyalarla ortaya çıxıb. Konqo Demokratik Respublikasında epidemiya Ebola çayının yaxınlığındakı bir kənddə başlayıb, buna görə də xəstəliyə bu çayın adı verilib.

Ebola virusu Qərbi Afrikada 2013-cü ilin dekabr ayında yayılıb. 2014-2017-ci illər arasında Qvineya, Liberiya və Syerra-Leonedə müşahidə olunan epidemiyada virus 30 000 insana yoluxub və 11 000-dən çox xəstə ölüb.

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir