#Dünya

Dağıstanda 1 gündə 3 turist həlak olub, biri isə itkin düşüb

Dünən Dağıstanda gün ərzində 3 turist həyatını itirib.

Xəbər Experti Rusiya mətbuatına istinadən xəbər verir ki, onlardan ikisi Xəzər dənizində batıb.

İnquşetiyadan İzberbaşa gələn 23 və 24 yaşlı gənclərin cəsədləri sudan çıxarılıb. Həmin qrupdan olan bir nəfər isə itkin düşüb. Onun axtarışları hələlik bir nəticə verməyib.

Bundan bir qədər sonra Sulaksk kanyonunda kater qayaya çırpılıb və aşıb.  Katerdə olan 7 nəfər Sulak çayına düşüb. İjevskdən olan 60 yaşlı qadın ağır xəsarətlər aldığından hadisə yerində keçinib. Digər 6 nəfər xilas olunub.

Qeyd edək ki, baş verənlərlə bağlı suda ekskursiyalar müvəqqəti dayandırılıb.

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir