Rusiyada kimya kompleksində yanğın – 1 ölü, 100-dən çox yaralı

Rusiyanın şərqindəki Amur bölgəsində tikilməkdə olan qaz-kimya kompleksində yanğın baş verib.  Xəbər Experti Rusiya mətbuatına istinadən xəbər verir ki, yanğın nəticəsində bir Çin vətəndaşı həlak olub, 100-dən çox insan yaralanıb. Yaralılardan ən azı 19-u xəstəxanalarda müalicə alır. Müəssisədən verilən açıqlamada deyilir: “Sürətli tibbi müdaxiləyə baxmayaraq, subpodratçıda işləyən Çin vətəndaşını xilas etmək mümkün olmayıb. Ailəsinə maliyyə […]

İndoneziyada vulkan püskürməsi

İndoneziyanın Anak Krakatau adasında yerləşən eyni adlı vulkanda püskürmə qeydə alınıb. Xəbər Experti xarici KİV-ə istinadən xəbər verir ki, vulkanın püskürməsindən sonra küllər 300 metr hündürlüyə qədər yüksəlib. “Jakarta Globe” qəzetinin yazdığına görə, vulkan dünən gecə dörd dəfə püskürüb. Hakimiyyət orqanları sakinləri Anak Krakatau vulkanından uzaq durmağa çağırıb. Qeyd edək ki, İndoneziyada təxminən 130 aktiv […]

Vladimir Putin Mehriban Əliyevanı təbrik edib

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya ad günü münasibətilə təbrik məktubu göndərib. Xəbər Experti xəbər verir ki, təbrikdə deyilir: “Hörmətli Mehriban Arif qızı. Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, rifah və məsul dövləti vəzifənizdə uğurlar arzulayıram. İlham Heydər oğluna və bütün ailə üzvlərinizə səmimi […]

“Qarabağ” daha 2 yeni futbolçu alır

2026/27 mövsümündə UEFA Konfrans Liqasının Liqa mərhələsinə düşməyi və Azərbaycan çempionu olmağı hədəfləyən “Qarabağ” daha iki futbolçu almağa hazırlaşır. Bu haqda QOL.az-a etibarlı mənbələrdən xəbər daxil olub.  Məlum olduğu kimi, Ağdam təmsilçisi bu yay transfer pəncərəsi dövründə 8 legioner futbolçu alıb. Lakin mövsümün gedişatında daha bir neçə oyunçunun transferi zərurəti yaranıb. Bizə çatan xəbərə görə, […]

Bəzi rayonlarda leysan olacaq, temperatur 4–8 dərəcə enəcək – XƏBƏRDARLIQ

Avqustun 26-dan 29-dək Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında fasilələrlə yağış yağacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimalı var. Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi istisna olunmur. Ölkə ərazisində havanın […]

ADSEA yeni, rəqəmsal QR Bələdçi platformasını istifadəyə verib

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) vətəndaşların su xidmətləri ilə bağlı zəruri məlumatlara və xidmətlərə çıxışının daha da asanlaşdırılması məqsədilə yeni rəqəmsal QR Bələdçi platformasını istifadəyə verib. Xəbər Experti Agentliyə istinadən xəbər verir ki, QR Bələdçi su xidmətləri üzrə zəruri məlumat və xidmətləri vahid platformada birləşdirən, vətəndaşların müvafiq xidmətlərə rahat və operativ çıxışını təmin edən […]

Bakı-Daşkənd: Qardaş ölkələrin yeni yol xəritəsi

Azərbaycan Prezidenti İlham Əliyevin avqustun 23-24-də Özbəkistana dövlət səfəri iki ölkənin münasibətlərində yeni mərhələnin əsasını qoydu. Səfər zamanı qəbul edilən qərarlar və imzalanan sənədlər iki ölkə arasında münasibətlərin yalnız siyasi və diplomatik müstəvidə deyil, iqtisadi, humanitar, nəqliyyat və investisiya sahələrində də daha dərin məzmun qazandığını nümayiş etdirdi. Səfərin ən mühüm nəticəsi Azərbaycan və Özbəkistan prezidentləri […]

Bağdad-Bakı aviareysi ilə ölkəyə qanunsuz gətirilən 866 qutu qəlyan tütünü aşkarlanıb

Hava Nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri kompleks əməliyyat və nəzarət tədbirləri nəticəsində gömrük qaydaları pozulmaqla ölkə ərazisinə gətirilən qəlyan tütünləri aşkar edilib. Xəbər Experti bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir. Məlumata görə, gömrük nəzarəti tədbirləri çərçivəsində Bağdad-Bakı aviareysi ilə gələn sərnişinlərin Hava Limanının ərazisində dayanan minik avtomobilinə müxtəlif bağlamalar qoyaraq ərazini […]

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 37 nəfər saxlanılıb

Avqustun 24-də ölkə ərazisində qeydə alınan 45, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, axtarışda olduğuna görə, ümumilikdə 120, o cümlədən borclu şəxs qismində axtarışda olan 105 nəfər, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 5 […]

Zelenski Prezident İlham Əliyevə təşəkkür edib, Azərbaycanın Ukraynaya dair mövqeyini yüksək qiymətləndirib

Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevə ölkəsinin müstəqilliyinin 35-ci ildönümü ilə bağlı təbrikə görə təşəkkür edib. Xəbər Experti xəbər verir ki, Zelenski “X” hesabında Azərbaycan Prezidentinin təbrik məktubunun fotosunu yayımlayıb. “Cənab Prezident, Ukraynanın müstəqilliyinin 35-ci ildönümü münasibətilə göndərdiyiniz səmimi təbrikə görə təşəkkür edirəm. Azərbaycanın Ukraynanın suverenliyi və ərazi bütövlüyünə dair mövqeyi hər zaman […]