#Dünya

İndoneziyada vulkan püskürməsi

İndoneziyanın Anak Krakatau adasında yerləşən eyni adlı vulkanda püskürmə qeydə alınıb.

Xəbər Experti xarici KİV-ə istinadən xəbər verir ki, vulkanın püskürməsindən sonra küllər 300 metr hündürlüyə qədər yüksəlib.

“Jakarta Globe” qəzetinin yazdığına görə, vulkan dünən gecə dörd dəfə püskürüb.

Hakimiyyət orqanları sakinləri Anak Krakatau vulkanından uzaq durmağa çağırıb.

Qeyd edək ki, İndoneziyada təxminən 130 aktiv vulkan var.

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir