Yaponiyada 400 tonluq nəhəng qala iplərlə geri çəkilir

Yaponiyanın Aomori bölgəsi əlamətdar bir hadisəyə şahid olur. Xəbər Experti xarici KİV-ə istinadən xəbər verir ki, 2015-ci ildə təmir üçün köçürülən 400 ton ağırlığında olan milli irs obyekti – Hirosaki qalası lotereya ilə seçilən mindən çox insan tərəfindən iplərlə geri çəkilərək əvvəlki yerinə qaytarılır. Nəhəng bir platformada yerləşən qalanın bu ilin sonuna qədər ümumilikdə təxminən 78 metr […]

İspaniyada festival zamanı partlayış, 50 yaralı

Noem şəhərində festival zamanı fişənglərin partlaması nəticəsində 50 nəfər yaralanıb. Xəbər Experti xarici KİV-ə istinadən xəbər verir ki, hadisə dünən şəhərin qurucusu San-Migelin şərəfinə təşkil olunan bayram tədbiri zamanı baş verib. Atəşfəşanlıq üçün nəzərdə tutulmuş fişənglərdən biri tikililərin birinin eyvanından açılan zaman qığılcımlar digər fişənglərinn üzərinə düşüb. Nəticədə partlayış olub və fişənglər tamaşaçıların üzərinə tökülüb. […]

Pakistan səfirliyinə mətbuat və mədəniyyət işləri üzrə konsul təyin olunub

Pakistanın Azərbaycandakı səfirliyinə mətbuat və mədəniyyət işləri üzrə konsul təyin olunub. Xəbər Experti xəbər verir ki, konsul vəzifəsinə Rubab Kazmi təyin edilib. O, bu gün bir qrup media nümayəndəsi ilə görüşüb. Görüş zamanı Azərbaycanla Pakistan arasında mətbuat və mədəniyyət sahələrində əlaqələrin gücləndirilməsi barədə müzakirələr aparılıb.

Norveç kralının vəziyyəti yenidən pisləşib

Norveç kralı V Haraldın səhhəti yenidən pisləşib. Xəbər Experti xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Kral sarayından məlumat veriblər. Qanına infeksiya düşmüş kralın bir neçə gün əvvəl də səhhəti ağırlaşmışdı. Amma həkimlərin müdaxiləsi səmərə vermişdi. Məlumatda V Haraldın vəziyyətinin indi çox ağır olduğu qeyd olunur. Yeri gəlmişkən, hazırda onu oğlu, şahzadə Hokon əvəzləyir.

Plan yerləri ən çox III ixtisas qrupunda dolub – DİM

Plan yerləri ən çox III ixtisas qrupunda dolub (99.84%). TC altqrupunda isə göstərici 100%-dir və boş yer qalmayıb. Bu barədə DİM-dən məlumat verilib. Bildirilib ki, III qrupda müsabiqə iştirakçılarının sayı və plan yerlərinin müqayisəsi əvvəlcədən bizə imkan verirdi ki, müsabiqə vəziyyətinin yüksək olacağını proqnoz edək, həmçinin subbakalavrların şanslarının az olacağı vurğulanmışdı. Müsabiqə nəticələrinə əsasən də, […]

Voleybolda yeni dünya rekordu

Kişilərdən ibarət Almaniya və İspaniya voleybol millilərinin oyununda yeni rekord qeydə alınıb. Xəbər Experti xarici KİV-ə istinadən xəbər verir ki, rekord 1 setin davam etməsi ilə bağlıdır. İtaliyanın Redco-di-Calabriya şəhərində keçirilən FIPAV Cup Men Elite turnirində bu milliləri oyunu zamanı birinci setdə 130 xal toplanılıb. 89 dəqiqə davam edən hissə almanların 66:64 hesablı qələbəsi ilə […]

Azərbaycan millisi Belçikaya məğlub oldu

Azərbaycanın qadın voleybolçulardan ibarət millisi Avropa çempionatında ilk dəfə məğlub olub. Xəbər Experti xəbər verir ki, Faiq Qarayevin rəhbərlik etdiyi yığma turnirin C qrupunda Belçika ilə qarşılaşıb. Milli Gimnastika Arenasında keçirilən görüş Belçika təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb – 25:19, 25:22, 25:23. Bu nəticədən sonra Azərbaycan millisi 8 xalla qrupda 3-cü pilləyə geriləyib. […]

Fransada qəribə oğurluq

Fransada qəribə oğurluq hadisəsi baş verib.  Xəbər Experti xarici KİV-ə istinadən xəbər verir ki, Ron əyalətindəki 4 və İzer əyalətindəki 1 yanğınsöndürmə məntəqəsində oğurluqlar olub. Belə ki, yanğınsöndürmə məntəqələrindən təcili xilasetmə avadanlıqları oğurlanıb. Oğurlanan avadanlıqların dəyərinin onminlərlə avro olduğu qeyd edilib. İnsidentlə bağlı araşdırma başlayıb.

Azərbaycan XİN Pakistana başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi Pakistan Tibbi Elmlər İnstitutunun doğum şöbəsində baş verən yanğında 15 körpənin ölümü ilə bağlı Pakistana başsağlığı verib. Xəbər Experti xəbər verir ki, bu barədə Azərbaycan XİN-in “X” hesabında başsağlığı mesajı yayımlanıb. Mesajda baş verən faciəvi yanğının dərin kədər hissi doğurduğu bildirilib, həlak olanların ailələrinə başsağlığı verilib, Pakistan hökuməti və xalqı ilə […]

Laçın Şəhəri Günü çərçivəsində nağıl-tamaşa nümayiş olunub

Laçın Şəhəri Günü çərçivəsində avqustun 26-da Həkəri çayının sahilində “Şəngülüm, Şüngülüm, Məngülüm” nağıl-tamaşası nümayiş olunub. Füzuli Dövlət Dram Teatrı tərəfindən təqdim edilən əsərin əsas ideyası uşaqlara böyüklərin sözünə qulaq asmağın, ehtiyatlı və düşüncəli davranmağın vacibliyini aşılamaqdır. Nağılın süjeti vasitəsilə uşaqlara izah olunur ki, düşünülməmiş addımlar və yadlara inam bəzən təhlükəli nəticələrə gətirib çıxara bilər. Bu […]