İnterpol xətti ilə axtarışda olan şəxs Ukraynadan Azərbaycana ekstradisiya ediləcək

Dələduzluqda ittiham edilən şəxs Ukraynadan Azərbaycana ekstradisiya ediləcək. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Azərbaycan Baş Prokurorluğunun Ukraynanın Baş Prokurorluğuna müraciəti, beynəlxalq prosedurlara uyğun tələb olunan sənədlərin təqdim edilməsi və aparılmış danışıqlar nəticəsində Azərbaycan Respublikasının vətəndaşı Seymur Salah oğlu Salahzadənin Azərbaycana ekstradisiyası ilə bağlı razılıq əldə olunub. Belə ki, Azərbaycan Daxili […]

Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb

Avqustun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb. Xəbər Experti xəbər verir ki, Buxara Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və xanımı Ziroatxon Mirziyoyeva yola salıblar.

Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri çərçivəsində Leyla Əliyeva avqustun 24-də ilk Buxara Müasir İncəsənət Biennalesinin əsərlərinin bir hissəsi ilə tanış olub. Xəbər Experti xəbər verir ki, Buxara Biennalesi Özbəkistan Mədəniyyət və İncəsənətin İnkişafı Fondu tərəfindən keçirilir. İlk dəfə 2025-ci ildə keçirilən Buxara Biennalesi Mərkəzi Asiyanın ən böyük mədəniyyət tədbirlərindən birinə çevrilib. Hazırda […]

Ermənistanda daha bir hərbçinin meyiti tapılıb

Avqustun 24-də Ermənistanda hərbi hissələrdən birində müqaviləli hərbi qulluqçunun meyiti aşkar edilib.  Xəbər Experti xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb. İlkin məlumata görə, hərbi qulluqçu intihar edib, lakin hadisənin təfərrüatları hələlik məlum deyil. Rəsmi açıqlama verilməsə də, istintaq orqanlarındakı mənbə nəşrə hərbi qulluqçunun ölüm faktını təsdiqləyib.

İsrail HƏMAS üzvlərini məhv etmək üçün Qəzzaya zərbə endirib

İsrail ordusu HƏMAS-ın iki silahlısını məhv etmək üçün Qəzzanın mərkəzinə zərbələr endirib.  Xəbəe Expertioxəbər verir ki, bu barədə ordunun məlumatında deyilir. Deyr əl-Bəlah bölgəsinə endirilən zərbə nəticəsində HƏMAS-ın hərbi qanadının “Nuxba” xüsusi təyinatlı dəstəsinin üzvü Məhəmməd Abd əl-Nəsər öldürülüb. İsrail tərəfi onun 2023-cü il oktyabrın 7-də İsrail ərazisinə daxil olduğunu və hücumda iştirak etdiyini bildirir.  […]

Macarıstanda qırıcı təyyarə qəzaya uğrayıb

Macarıstan Müdafiə Qüvvələrinə məxsus “Gripen” qırıcı təyyarəsi naməlum səbəbdən Szolnok şəhəri yaxınlığında qəzaya uğrayıb.  Xəbər Experti xarici KİV-ə istinadən xəbər verir ki, qəza zamanı pilot katapult edib və sağ qalıb, heç kim xəsarət almayıb. Hadisənin səbəbini müəyyən etmək üçün araşdırma başlayıb. Macarıstanın Baş naziri Peter Magyar qəza ilə bağlı sosial media hesabında paylaşım edib. O, […]

Laçın Beynəlxalq Film Festivalı başlayıb

Laçın şəhərində Qarabağ və Şərqi Zəngəzurun ilk beynəlxalq film festivalı – Laçın Beynəlxalq Film Festivalı (LIFF 2026) başlayıb. Xəbər Experti “Azərtac”a istinadən xəbər verir ki, festival avqustun 27-dək davam edəcək. Festival çərçivəsində dünyanın müxtəlif ölkələrindən seçilmiş filmlər nümayiş etdiriləcək, yerli və beynəlxalq kino mütəxəssislərinin iştirakı ilə panel müzakirələri və digər tədbirlər keçiriləcək. Festivala 47 ölkədən […]

Nevadada meşə yanğını sürətlə yayılır – 42 min nəfər təxliyə edilir

ABŞ-ın Nevada ştatında güclü küləklər səbəbindən meşə yanğını sürətlə yayılır.  Xəbər Experti xarici KİV-ə istinadən xəbər verir ki, bölgədə fövqəladə vəziyyət elan edilib. Ərazidəki 42 min nəfər üçün təxliyə əmri verilib. 22 avqustda Reno şəhərinin şimal-qərbində başlayan yanğın şiddətlənərək təxminən 60 kvadrat kilometr əraziyə yayılıb. Yanğın hələ də nəzarət altına alınmayıb. Rəsmilər küləyin istiqamətinin dəyişməsinin […]

Avropanı gözləyən daha bir təhlükə

Avropada anomal istilər və meşə yanğınları yeni təhlükəyə yol açıb. Xəbər Experti xarici KİV-ə istinadən xəbər verir ki, məhz bu məqamlar 2-ci Dünya Müharibəsindən qalma partlayıcı sursatların aktivləşməsinə səbəb olur. Artıq Belçika, Almaniya, Niderland və Fransa ərazisində bir neçə güclü partlayış baş verib. Torpağın altında qalan sursat istinin təsirindən aktivləşir.  Məsələn, Fransada Bordo yaxınlığında meşə […]

Qvineyada “zibil dağı” 30 nəfərin ölümünə səbəb oldu

Paytaxt Konakri yaxınlığında məişət tullantılarının yığıldığı ərazidə faciə baş verib. Xəbər Experti xarici KİV-ə istinadən xəbər verir ki, “zibil dağı” yaşayış evlərinin üzərinə uçub. Dünən Dar-es-Salam rayonunda yaşanmış olayda bir neçə ev zibil altında qalıb. Ölənlərdən başqa 22 nəfər yaralanıb. Əraziyə xilasedicilər və hərbçilər cəlb olunub. Onlar zibil qalıqlar altında sağ qalanların axtarışını aparır. Xilasedicilərin […]