Azərbaycan nefti 104.2 dollara ticarət olunur

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb. Xəbər Experti xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0.78 dollar və ya 0,74% azalaraq 104.20 ABŞ dolları olub. Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 104.98 ABŞ dolları təşkil edib. Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin […]

Gəncə şəhər stadionunda anşlaq

Misli Premyer Liqasının 4-cü turunda “Kəpəz” və “Şamaxı” komandaları arasında Gəncə Şəhər Stadionunda keçirilən oyunda azarkeş sayına görə 2026/27 mövsümünün yeni rekordu qeydə alınıb. Xəbər Experti xəbər verir ki, bu haqda “Kəpəz”in saytı məlumat yayıb. Belə ki, sözügedən qarşılaşmanı 15 min tamaşaçı stadiondan izləyib. Xatırladaq ki, cari çempionatda buna qədərki rekord da gəncəli azarkeşlərlə bağlı […]

Mahir Məmmədov Ümumdünya Şahmat Olimpiadası öncəsi görüş keçirib

Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti Mahir Məmmədov Özbəkistanda keçiriləcək 46-cı Ümumdünya Şahmat Olimpiadası öncəsi görüş keçirib. AŞF-dən verilən məlumata görə, görüş ölkəmizi sözügedən beynəlxalq yarışda təmsil edəcək kişi və qadınlardan ibarət milli komandaların üzvləri, eləcə də məşqçilər heyəti ilə baş tutub. Yığıncaqda çıxış edən AŞF prezidenti Mahir Məmmədov komandaların hazırlıq prosesi ilə maraqlanıb və şahmatçıların […]

Muxtar Babayev: Azərbaycan COP31-i güclü və etibarlı etmək üçün Türkiyənin yanındadır

İstanbul şəhərində Türkiyənin COP31 sədrliyi çərçivəsində baş tutan “İstanbul İqlim Maliyyəsi Sammiti”ndə iqlim ambisiyası ilə icra vasitələri arasındakı böyüyən boşluğu aradan qaldırmaq, maliyyəni geniş miqyasda səfərbər etmək və iqlim təsirləri daha da kəskinləşdikcə dayanıqlılığı gücləndirməyin zəruriliyi müzakirə edilib. Xəbər Experti xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev “X” sosial […]

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə sentyabrın 7-dən 8-i səhərədək gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Qeyd edilib ki, Bakıda və Abşeron yarımadasında, eyni zamanda Ağstafa, Qazax, Tovuz, Şəmkir, Samux, Gəncə, Daşkəsən, Goranboy, Naftalan, Mingəçevir, Yevlax, Bərdə, Tərtər, Ağdam, Balakən, Zaqatala, Qax, […]

“Yay Fest 2026” iki mindən çox gənci bir araya gətirib

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə Şamaxıda təşkil olunan “Yay Fest 2026” gənclər festivalı başa çatıb. Bu barədə Gənclər Fondundan məlumat verilib. Bildirilib ki, iştirakçı sayına və müddətinə görə ölkənin ən böyük gənclər festivallarından biri olan “Yay Fest 2026”nın builki konseptual mövzusu süni intellekt, rəqəmsal transformasiya və innovativ texnologiyalara həsr olunub. Festivalın əsas məqsədi gənclərin […]

Mourinyonun Arda Güler qərarı xoş qarşılanmadı

“Real”ın baş məşqçisi Joze Mourinyonun “Real Betis”lə matçda (1:2) Arda Güleri əvəzləməsi müzakirələrə səbəb olub. Xəbər Experti xəbər verir ki, sözügedən oyunda türkiyəli futbolçu komandasının ən yaxşılarından biri olsa da, ikinci hissənin ortalarında meydanı tərk edib. Onun əvəzinə sağ cinahda Diamonde meydana çıxıb. İspaniyanın “AS” nəşrinin məlumatına görə Mourinyo özü də bu qərarın ədalətsiz görünə […]

Bakıda keçirilən “IRONMAN 70.3” triatlon yarışının qalibləri mükafatlandırılıb

Bakıda ilk dəfə keçirilən “IRONMAN 70.3” triatlon yarışının mükafatlandırma mərasimi keçirilib. Xəbər Experti AZƏRTAC-a istinadən xəbər verir ki, əvvəlcə milli musiqi nömrələri nümayiş olunub. Bədii hissədən sonra qaliblər medallarla təltif ediliblər. Finiş xəttini ilk olaraq ABŞ-ni təmsil edən Maksim Kryat (04:01:21) keçib, amma ən yaxşı vaxtı xorvatiyalı Matej Yukiç göstərib – 04:01:20. “IRONMAN 70.3” yarışında […]

Ötən gün qanunsuz saxlanılan qumbaraatan və digər silahlar aşkarlanıb

Sentyabrın 4-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 1 tapança, 1 qumbaraatan, 1 qumbara, 6 tüfəng, 4 patron darağı və 70 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, DİN-in əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat […]

Göygöldə moruq festivalı: Sərgilər, konsertlər və əyləncə

Göygöl rayonunun Keşkü kəndində III Moruq Festivalı keçirilir. Xəbər Experti “Azərtac”a istinadən xəbər verir ki, tədbirin ilk günü sənətkarların əl işləri, innovasiya sərgi zonaları, kənd təsərrüfatı və yerli məhsulların təqdimatı, həmçinin qədim xalçalar sərgisi və idmançıların nümunəvi çıxışları nümayiş olunur. Gün ərzində uşaqlar üçün əyləncə proqramları, milli mətbəx və ictimai iaşə xidmətləri, eləcə də idman […]