#Ölkə

Mahir Məmmədov Ümumdünya Şahmat Olimpiadası öncəsi görüş keçirib

Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti Mahir Məmmədov Özbəkistanda keçiriləcək 46-cı Ümumdünya Şahmat Olimpiadası öncəsi görüş keçirib.

AŞF-dən verilən məlumata görə, görüş ölkəmizi sözügedən beynəlxalq yarışda təmsil edəcək kişi və qadınlardan ibarət milli komandaların üzvləri, eləcə də məşqçilər heyəti ilə baş tutub.

Yığıncaqda çıxış edən AŞF prezidenti Mahir Məmmədov komandaların hazırlıq prosesi ilə maraqlanıb və şahmatçıların təlim-məşq toplanışlarının yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb. Federasiya rəhbəri Azərbaycan şahmatının zəngin ənənələrə malik olduğunu xatırladaraq, hər iki komandanın Olimpiadada ölkəmizi layiqincə təmsil edəcəyinə inandığını ifadə edib.

Qeyd edək ki, bu gün qadınlardan ibarət milli komanda son təlim-məşq toplanışında iştirak etmək üçün İsmayıllı rayonunun Basqal kəndinə yollanır.

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir