Bakıda yarışla əlaqədar nəqliyyatın hərəkətinə tətbiq olunan məhdudiyyətlər aradan qaldırılıb

Sentyabrın 5-də Bakıda keçirilmiş “Alufar IRONMAN 70.3 Baku” beynəlxalq triatlon yarışı ilə əlaqədar nəqliyyatın hərəkətinə tətbiq olunan məhdudiyyətlər nəzərdə tutulmuş vaxtdan daha əvvəl aradan qaldırılıb və yollar sürücülərin istifadəsinə verilib. Bu barədə Bakı Şəhər Halqasından məlumat verilib. Qeyd edilib ki, yarışın təhlükəsiz və mütəşəkkil keçirilməsini təmin etmək məqsədilə sentyabrın 4-dən etibarən şəhərin bəzi küçə və […]

Bakıda Dördüncü İqlim Həftəsi keçiriləcək

7-11 sentyabr 2026-cı il tarixlərində Bakıda Azərbaycan Respublikasının ev sahibliyi və Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsi (CW4) keçiriləcək. Xəbər Experti xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlmat yayıb. Bildirilib ki, eyni tarixlərdə Bakı İqlim Fəaliyyəti Həftəsi 2026 (BCAW 2026) də baş tutacaq. […]

Azərbaycandan Ermənistana 977 ton dizel ixrac olunacaq

Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası ixrac olunacaq, tranzit yüklərin tədarükü həyata keçiriləcək. Xəbər Experti xəbər verir ki, 16 vaqondan ibarət, çəkisi 977 ton olan dizel yanacağı 5 sentyabr tarixində Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndəriləcək. Xatırladaq ki, indiyədək Azərbaycandan Ermənistana 16 min tona yaxın dizel, 5 min tona yaxın Aİ-92 və Aİ-95 benzini ixrac […]

“Ermənistanlı hüquq müdafiəçisinin iddiaları əsassız və qərəzlidir” – Səbinə Əliyeva

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistanda sentyabrın 4-də keçirilmiş mətbuat konfransında törətmiş olduqları cinayətlərə görə məhkum olunmuş erməniəsilli şəxslərin Azərbaycanda dini mənsubiyyətinə görə ayrı-seçkiliyə məruz qalması, onların üzərində işgəncə törədilməsi, xristian dini simvollarının məhv edilməsi, İncildən istifadəyə imkan verilməməsi və Quran oxumağa məcbur edilməsi barədə səsləndirilmiş iddiaları əsassız və qərəzli hesab edir […]

“Gəmilərə hücum dayandırmayana qədər İranla danışıqlar aparılmayacaq” – Vens

“ABŞ İranla danışıqlar aparmaq niyyətində deyil, səbəb Tehran tərəfindən kommersiya gəmilərinə hücumların davam etməsidir”.  Xəbər Experti xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Cey Di Vens bildirib.  Onun sözlərinə görə, Vaşinqton İrana təzyiq göstərmək üçün iqtisadi və hərbi tədbirlərdən tutmuş, gizli əməliyyatlara qədər geniş spektrli vasitələri nəzərdən keçirir. “Biz onlarla danışmırıq və kommersiya gəmilərinə atəş açmağı […]

Vens İranda toy mərasiminə endirilən zərbələr barədə 

“ABŞ hərbi əməliyyatlar zamanı heç vaxt mülki əhalini hədəf seçmir”. Xəbər Experti xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Cey Di Vens brifinqdə bildirib.  “Biz bunu heç vaxt etməmişik və heç vaxt da etməyəcəyik. Təəssüf ki, bəzən müxtəlif insidentlər baş verir”, – Vens deyib. Onun sözlərinə görə, İranda toy mərasiminə endirilən zərbə ilə bağlı məlumatlar araşdırılır. […]

Bakıda yeni metro stansiyanın adı “20 Sentyabr” olacaq

Bakıda “20 sentyabr” metro stansiyası olacaq. Xəbər Experti-nin xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib. Qərara əsasən, 2023-cü il sentyabrın 20-də Azərbaycan Respublikasının bütün ərazisində dövlət suverenliyinin bərpa olunduğunu nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsünə əsasən Bakı Metropoliteninin Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi, 194 ünvanında yerləşən yeni stansiyası “20 Sentyabr” adlandırılıb. Bakı […]

Bakıda 32 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir

Paytaxtın Moskva prospekti (kənar yol), Rəşid İsmayılov (Biləcəri enişi) və Natəvan küçələrində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilir. Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən məlumat verilib. Bildirilib ki, məhdudiyyət səbəbindən bu gün saat 20:00-dan 2, 7A, 14, 29, 37, 67, 83, 83A, 91, 92, 96, 102, 114A, 114B, 119, 130, […]

Azərbaycan millisi Gürcüstanla qarşılaşacaq

17 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası sentyabrın 3-dən 9-dək Bakıda təlim-məşq toplanışı keçirəcək. Xəbər Experti AFFA-nın saytına istinadən xəbər verir ki, millimiz hazırlıq çərçivəsində Gürcüstanın U-17 komandası ilə iki yoldaşlıq oyununda qüvvəsini sınayacaq. Oyunların təqvimi belədir: 6 sentyabr 16:00. Azərbaycan U-17 – Gürcüstan U-17 “Dalğa Arena” (Ehtiyat meydança)  9 sentyabr 11:00. Azərbaycan U-17 – […]