Qobustanda daha bir körpü cəmi 38 günə inşa edilib

M-2 Bakı-Ələt–Qazax-Gürcüstanla dövlət sərhədi avtomobil yolunun 55-ci kilometrliyində, Qobustan qəsəbəsi ərazisində yerləşən daha bir körpünün inşası başa çatıb. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir. Məlumata görə, cəmi 38 gün ərzində mövcud körpü sökülərək onun yerində müasir norma və standartlara cavab verən yeni biraşırımlı körpü inşa edilib. Körpünün dayaqları və aşırım qurğusu […]

Bakıda soyğunçuluq edən şəxs saxlanılıb

Paytaxtın Nəsimi rayonu ərazisində soyğunçuluq hadisəsi baş verib. Xəbər Experti DİN-ə istinadən xəbər verir ki, naməlum şəxs zərərçəkənə zor tətbiq edərək pul vəsaitini alıb və hadisə yerindən uzaqlaşıb. Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 22 yaşlı E.Kərimov müəyyən edilərək saxlanılıb. Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Bakıdan Həştərxana müntəzəm uçuşlar bərpa olunur

Bakı-Həştərxan-Bakı istiqamətində müntəzəm uçuşlar sentyabrın 30-da bərpa olunacaq. Bu barədə Həştərxan Beynəlxalq Hava Limanına istinadən xəbər verir. Bildirilib ki, “Azərbaycan Hava Yolları” QSC (AZAL) Azərbaycan paytaxtına birbaşa müntəzəm uçuşları həyata keçirəcək. Məlumata əsasən, Həştərxan Beynəlxalq Hava Limanından uçuşlar həftədə üç dəfə – çərşənbə, cümə və bazar günləri planlaşdırılır. Səyahət müddətinin 1 saat 25 dəqiqə olması […]

Hindistanda tələbə yataqxanası çöküb – 6 ölü

Dünən Hindistanın Yeni Dehli şəhərində tələbə yataqxanasının çökməsi nəticəsində ölənlərin sayı 6-ya çatıb. Xəbər Experti “India Today”a istinadən xəbər verir ki, paytaxtın Satya Niketan rayonunda kişi tələbə yataqxanası kimi istifadə edilən 5 mərtəbəli binanın çökməsindən sonra axtarış-xilasetmə əməliyyatları davam edir. Yataqxananın çökməsi nəticəsində 6 cəsəd tapılıb, 11 yaralı isə xəstəxanaya aparılıb. Binanın 50 yaşı olduğu […]

“Azneft” kəskin hava şəraiti ilə bağlı təhlükəsizlik tədbirlərini gücləndirib

Ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi və küləkli keçməsi ilə əlaqədar SOCAR-ın “Azneft” İstehsalat Birliyinin istehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib. Xəbər Experti xəbər verir ki, bu barədə “Azneft” İstehsalat Birliyinin məlumatında bildirilib. “Ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi, qeyri-sabit, küləkli keçməsi ilə bağlı SOCAR-ın “Azneft” İstehsalat Birliyinin istehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib. Təhlükəli işlərin görülməsi […]

Cəlilabadda irigövdəli ağac hərəkətdə olan avtomobilin üzərinə aşıb

Cəlilabad rayonunda irigövdəli ağacın aşması nəticəsində avtomobilə ciddi ziyan dəyib. Xəbər Experti xəbər verir ki, hadisə köhnə Ələt-Astara magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Güclü külək nəticəsində irigövdəli ağac yolda hərəkətdə olan, 77-BQ-470 dövlət qeydiyyat nişanlı “Ford Transit” markalı avtomobilin üzərinə aşıb. Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobilə ciddi ziyan dəyib. Qeyd edək […]

Boliviyada hərbi kazarmada partlayış – 2 ölü, 81 yaralı

Boliviyada hərbi kazarmada şiddətli partlayış baş verib. Xəbər Experti xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Boliviyanın müdafiə naziri Ernesto Justiniano bildirib. Onun sözlərin görə, artilleriya alayının yerləşdiyi kazarmada pirotexniki materialın partlaması nəticəsində 2 nəfər ölüb, 81 nəfər isə yaralanıb. Partlayışla bağlı araşdırma başlayıb.

ABŞ-da yük təyyarəsi uçuş-enmə zolağından çıxıb – 5 ölü

ABŞ-nin Florida ştatının Mayami Beynəlxalq Hava Limanında qəza baş verib.  Xəbər Experti xarici KİV-ə istinadən xəbər verir ki, “Amazon Boeing 767” yük təyyarəsi uçuş-enmə zolağından çıxaraq nəqliyyat vasitələrinə çırpılıb. Nəhəng yük təyyarəsi uçuş-enmə zolağından kənarda yolun ortasında yan tərəfə dayanıb və gövdəsindən qara tüstü qalxıb. Qəza nəticəsində beş nəfər ölüb.

İpoteka və Kredit Zəmanət Fonduna yeni sədr təyin edilib

Osman İsmayıl oğlu Xaliyev Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu İdarə Heyətinin sədri təyin edilib. Xəbər Experti xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb. Qeyd edək ki, Osman Xaliyev Sahibkarlığın İnkişafı Fondunun (SİF) İdarə Heyətinin sədri idi.

Hazırda Ahıllar Evində 214 şəxsə sosial xidmət göstərilir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində 214 ahıl şəxsə xidmət göstərilir. Onlardan 110-u kişi, 104-u qadındır. Bu barədə nazirlikdən məlumat verilib. Bildirilib ki, sakinlərlə sosial iş aparılır və onların sosial reabilitasiyası həyata keçirilir. Ahıllar sosial-məişət, tibbi-sosial, sosial-psixoloji, sosial-hüquqi və sosial-mədəni xidmətlərlə təmin edilirlər.