Hindistanda tələbə yataqxanası çöküb – 6 ölü
Dünən Hindistanın Yeni Dehli şəhərində tələbə yataqxanasının çökməsi nəticəsində ölənlərin sayı 6-ya çatıb.
Xəbər Experti “India Today”a istinadən xəbər verir ki, paytaxtın Satya Niketan rayonunda kişi tələbə yataqxanası kimi istifadə edilən 5 mərtəbəli binanın çökməsindən sonra axtarış-xilasetmə əməliyyatları davam edir.
Yataqxananın çökməsi nəticəsində 6 cəsəd tapılıb, 11 yaralı isə xəstəxanaya aparılıb.
Binanın 50 yaşı olduğu və birinci mərtəbədə təmir işləri aparılarkən çökdüyü bildirilir.
Dağıntılar altında ən azı 30 nəfərin qaldığı güman edilir.










