Pakistan Əfqanıstana hava hücumları təşkil etdi
Sərhəddəki son hadisələrdən sonra Pakistanla Əfqanıstan arasındakı gərginlik yenidən artıb.
Xəbər Experti xarici KİV-ə istinadən xəbər verir ki, Pakistanın hava məkanına 8 dron daxil olduqdan sonra Əfqanıstan ərazisində dronların buraxıldığı və saxlanıldığı iddia edilən 10 yerə hava hücumları təşkil olunub.
Bu barədə Pakistanın informasiya naziri Attaullah Tarar bildirib.
“Pakistan dronların buraxılması və saxlanması üçün istifadə edildiyini iddia etdiyi 10 yerə hücumlar təşkil edib”, – deyə o vurğulayıb.
Tarar dünən baş verən qəsdən və qanunsuz hava məkanının pozulmasını qətiyyətlə pislədiklərini bildirib.
Xatırladaq ki, dünən Pakistan Əfqanıstan ərazisindən buraxılan dronlardan dördünün Torxam sərhədi yaxınlığında, digər dördünün isə Kohat yaxınlığındakı dağlıq ərazilərdə vurulduğunu açıqlayıb.










