Şirvanda mağazadan 18 min manatdan çox pul oğurlanıb

Şirvan şəhərində yerləşən inşaat materiallarının satışı mağazalarının birindən 18327 manat və 800 ABŞ dolları oğurlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin regional qrupundan məlumat verilib. Bildirilib ki, keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər də məhkum olunmuş 35 yaşlı Valid Əhmədov saxlanılıb. Saxlanılan şəxsin həmin mağazadan oğurluq etməyi qabaqcadan planlaşdırdığı, hadisə zamanı isə maska və […]

“Ulduz” metrostansiyasının qarşısından keçən yola asfalt çəkilir

“Bakı Metropoliteni” QSC-nin “Ulduz” stansiyasının qarşısından keçən yol sahəsində asfalt örtüyünün döşənməsi işləri aparılır. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib. Bildirilib ki, sözügedən hissə Həsən Əliyev küçəsindən “Koroğlu” metrostansiyası istiqamətində inşa edilən yeni avtomobil yolunun mühüm hissələrindən biridir. İşlər “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət […]

Xarici diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərinin ikinci günü başlayıb

Azərbaycanda akkreditə olunmuş xarici diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərinin ikinci günü başlayıb. Xəbər Experti xəbər verir ki, səfərdə 58 ölkəni və 9 beynəlxalq təşkilatı təmsil edən 150 nəfər iştirak edir. Səfər Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə həyata keçirilir. Səfər çərçivəsində diplomatik korpusun […]

Xarici diplomatlar bu gün Ağdərə və Kəlbəcərdə olacaqlar

Diplomatik korpusun Qarabağa və Şərqi Zəngəzura səfəri davam edir. Xəbər Experti xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev diplomatik korpusun nümayəndələri ilə işğaldan azad edilmiş ərazilərə səfərinin ilk günü ilə bağlı videoçarx paylaşıb. Onun sözlərinə görə, hazırda xarici diplomatlar Ağdərə və Kəlbəcər istiqamətində səfərini davam […]

İctimai nəqliyyatda yeni ödəniş sistemi

SƏRNİŞİN DAŞIYICILARINA QƏT OLUNAN MƏSAFƏYƏ VƏ XİDMƏTİN KEYFİYYƏTİNƏ GÖRƏ ÖDƏNİŞLƏR EDİLƏCƏK Məlum olduğu kimi, bir müddət əvvəl 130, 205, 211, 500 və 503 nömrəli müntəzəm marşrutlar “brutto müqavilə” sisteminə qoşulub. Tələblərə uyğun olaraq digər marşrutlar da tezliklə bu sistemə qoşulacaq. Yeni “brutto müqavilə” modelinə əsasən, artıq daşıyıcılara qət edilən məsafəyə və xidmətin keyfiyyətinə görə ödənişlər […]

Modi Rusiyaya səfər edəcək

Hindistanın Baş naziri Narendra Modi Prezident Vladimir Putinin dəvəti ilə Rusiyaya səfər etməyi planlaşdırır.  Xəbər Experti xəbər verir ki, bu barədə iki liderin görüşünün yekunlarına dair Hindistan Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir. “Prezident Vladimir Putin Baş naziri 24-cü illik Rusiya-Hindistan sammitində iştirak etmək üçün Rusiyaya səfərə dəvət edib. Baş nazir dəvəti qəbul edib. Sammitin […]

KƏŞ ölkələri və İran Hörmüzdəki vəziyyəti müzakirə edəcəklər 

Oman tərəfi gələn həftə Körfəz Əməkdaşlıq Şurasına (KƏŞ) üzv ölkələrin və İranın XİN başçılarının görüşünü təşkil etməyə çalışır.  Xəbər Experti xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb. Qeyd olunub ki, Oman nazirləri bazar ertəsi Salalah şəhərində bir araya gətirməyi planlaşdırır. “Oman bazar ertəsi günü KƏŞ və İran xarici işlər nazirlərini Salalahda bir […]

Milix Yevdayevə “Vətənə xidmətə görə” ordeni təqdim edilib

Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanın ictimai həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmiş Milix Yevdayevə orden təqdim olunub. Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Komitənin sədri Ramin Məmmədov bildirib ki, ölkədə dini tolerantlıq, fərqli konfessiyaların nümayəndələrinin mehriban və dinc yanaşı yaşaması Azərbaycanın səciyyəvi […]

“Elmlər Akademiyası”ndan “Həzi Aslanov”a ekspres marşrut fəaliyyətə başlayır

“Bakı Metropoliteni” QSC-də xətlərinin ayrılması ilə əlaqədar sərnişinlərin ictimai nəqliyyata əlçatanlığının artırılması məqsədilə aparılmış təhlillərə əsasən, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) dəstəkləyici tədbirləri çərçivəsində daha bir ekspres marşrut xətti təşkil edilir. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib. Məlumata əsasən, metronun “Elmlər Akademiyası” və “Nizami” stansiyalarından “Qara […]