Modi Rusiyaya səfər edəcək
Hindistanın Baş naziri Narendra Modi Prezident Vladimir Putinin dəvəti ilə Rusiyaya səfər etməyi planlaşdırır.
Xəbər Experti xəbər verir ki, bu barədə iki liderin görüşünün yekunlarına dair Hindistan Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir.
“Prezident Vladimir Putin Baş naziri 24-cü illik Rusiya-Hindistan sammitində iştirak etmək üçün Rusiyaya səfərə dəvət edib. Baş nazir dəvəti qəbul edib. Sammitin keçirilmə vaxtı qarşılıqlı münasib tarix nəzərə alınmaqla diplomatik kanallar vasitəsilə razılaşdırılacaq”, – deyə nazirlik qeyd edib.








