Sabahdan Bakıda avtobusların sayı rekord həddə çatdırılır – AYNA

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tədris mövsümünün başlaması ilə əlaqədar Bakı şəhərində sərnişindaşıma imkanlarının artırılması istiqamətində tədbirləri genişləndirir. Nəticədə sabahdan paytaxtda marşrut xətlərinə cəlb edilən avtobusların sayı rekord həddə – 2530-ə çatdırılır. AYNA-dan verilən məlumata görə, qeyd olunan göstərici son illərin ən yüksək göstəricisidir. Belə ki, 2022-ci ilin sentyabrında Bakı şəhərində sərnişindaşıma üçün 1780 avtobus […]

Yunanıstanda miqrant gəmisi batıb – 1 ölü, 25 itkin

Yunanıstanın Krit adasının cənubundakı Qavda adası sahillərində 77 qanunsuz miqrantı daşıyan qayıq batıb. Xəbər Experti xarici KİV-ə istinadən xəbər verir ki, qəza nəticəsində 1 nəfər ölüb, 25 nəfər isə itkin düşüb. Yunanıstan mediası qəzadan 51 nəfərin xilas edildiyini yazıb.

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin milli təhlükəsizlik müşavirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) milli təhlükəsizlik müşaviri, Əbu-Dabi Əmirliyi hakiminin müavini Şeyx Tahnun bin Zayed Al Nəhyanı qəbul edib. Xəbər Experti xəbər verir ki, qonaq ilk növbədə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın salamlarını dövlətimizin başçısına çatdırdı. Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, […]

Kommersiya daşımalarını həyata keçirən təyyarələrin ekipajının iş və istirahət vaxtı yenidən tənzimlənir

Kommersiya daşımalarını həyata keçirən təyyarələrin ekipajının iş və istirahət vaxtı yenidən tənzimlənir. Xəbər Experti xəbər verir ki, bununla əlaqədar Əmək Məcəlləsinə və “Aviasiya haqqında” qanuna yeni maddələrin əlavəsi təklif edilir. Qanun layihəsi Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb. Qanun layihəsində vurğulanıb ki, Əmək Məcəlləsinin 89-cu maddəsinə əsasən gündəlik normal iş […]

Prezident İlham Əliyev “SABAH.city” innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də Bakıda Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkında qurulan “SABAH.city” innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib. Xəbər Experti xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev dövlətimizin başçısına “SABAH.city” innovasiya şəhərciyi barədə məlumat verib. Bildirildi ki, layihə ümumilikdə 20 hektarda icra olunacaq. Birinci mərhələ 5 hektardan […]

UNEC də istedadlı tələbələrin yaradıcılıq fəaliyyətini təşviq etmək məqsədilə müxtəlif layihələr həyata keçirilir

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) inklüziv təhsil mühitinin inkişaf etdirilməsi ilə yanaşı, əlilliyi olan tələbələrin yalnız təhsil imkanlarının deyil, həm də yaradıcılıq və ictimai fəaliyyətlərinin dəstəklənməsinə xüsusi diqqət yetirilir. Bu barədə UNEC-dən məlumat verilib. Qeyd olunub ki, universitetdə istedadlı tələbələrin yaradıcılıq fəaliyyətini təşviq etmək məqsədilə müxtəlif layihələr həyata keçirilir. Bir sıra tələbələrin müəllifi olduğu şeir […]

Akademik İsa Həbibbəyli Pakistan Ədəbiyyat Akademiyasının prezidenti ilə görüşüb

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Pakistan Ədəbiyyat Akademiyasının prezidenti professor Nəcibə Ariflə görüşüb. Xəbər Experti xəbər verir ki, AMEA-nın Rəyasət Heyətində keçirilən görüşdə akademik İsa Həbibbəyli Pakistanın hər zaman Azərbaycana dost, qardaş ölkə olduğunu, son illərdə dövlət başçılarımızın sıx münasibətləri sayəsində ölkələrimiz arasında bütün sahələrdə, o cümlədən elm sahəsində geniş əməkdaşlıq münasibətlərinin qurulduğunu və inkişaf […]

Messi qol vurdu, bombardir oldu

“İnter Mayami”nin hücumçusu Lionel Messi MLS çempionatının 25-ci turunda “Neşvill”ə qarşı ev oyununda (2:2) qol vurub. Xəbər Experti xəbər verir ki, bu, argentinalı futbolçunun cari mövsümdə 19-cu qolu olub. Nəticədə Messi çempionatın bombardirlər yarışında ilk pilləyə yüksəlib.  O, 18 qol vuran “Dallas”ın futbolçusu Petar Musanı qabaqlayıb. Messi həm də MLS-də ardıcıl qol vurduğu oyunların sayını […]

Sabah Azərbaycanda 33 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında sentyabrın 14-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir, cənub küləyi əsəcək. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, havanın temperaturu gecə 18-21° isti, gündüz 26-31° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək. Qeyd olunub ki, nisbi rütubət gcə 70-75 %, gündüz 45-50 % […]

İsa Həbibbəyli Pakistan Ədəbiyyat Akademiyasının prezidenti ilə görüşüb

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti akademik İsa Həbibbəyli Pakistan Ədəbiyyat Akademiyasının prezidenti professor Nəcibə Ariflə görüşüb. AMEA-dan bildiriblər ki, görüşdə akademik İsa Həbibbəyli Pakistanın hər zaman Azərbaycana dost, qardaş ölkə olduğunu, son illərdə dövlət başçılarımızın sıx münasibətləri sayəsində ölkələrimiz arasında bütün sahələrdə, o cümlədən elm sahəsində geniş əməkdaşlıq münasibətlərinin qurulduğunu və inkişaf etdirildiyini söyləyib. […]