Səhiyyə Nazirliyi özəl klinikaya dair yayılan məlumatla bağlı açıqlama verib

Sosial şəbəkələrdə “Vital Hospital”la bağlı yayılan məlumat Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin diqqətindədir. Xəbər Experti xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, məsələ ilə bağlı araşdırmaya başlanılıb və hüquq-mühafizə orqanları məlumatlandırılıb. Araşdırmanın nəticələrinə əsasən ictimaiyyətə əlavə məlumat veriləcək.

Prezident Belçika Kralını təbrik edib

Prezident İlham Əliyev Belçikalıların Kralı Filipə təbrik məktubu ünvanlayıb. Xəbər Experti xəbər verir ki, məktubda deyilir: “Əlahəzrət, Belçika Krallığının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Bu əlamətdar gündə Sizə ən xoş arzularımı çatdırır, Belçika xalqına daim əmin-amanlıq və rifah arzulayıram”.

Müdafiə Nazirliyinin nümayəndə heyəti Türkiyədə Yaşar Gülerlə görüşüb

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin nümayəndə heyəti Türkiyə Respublikasının Ankara şəhərinə səfər edib. MN-dən verilən xəbərə görə, səfər çərçivəsində nazirliyin Daxili Təhlükəsizlik və Təhqiqat Baş İdarəsi rəisinin müavini – Hərbi Polis İdarəsinin rəisi general-mayor Elgün Əliyev Türkiyə milli müdafiə naziri Yaşar Gülerlə görüşüb. Görüş zamanı tərəflər ölkələrimiz arasında olan dostluq və qardaşlıq əlaqələrinin […]

Sosial şəbəkədə özəlləşdirmə çekləri ilə bağlı kompensasiya ödənilməsi barədə məlumatlar saxtadır

Sosial şəbəkə platformalarında özəlləşdirmə çekləri ilə bağlı kompensasiya ödənilməsinə dair yayılan məlumatlar saxtadır. Xəbər Experti xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi və Medianın İnkişafı Agentliyinin birgə məlumatında bildirilib. Məlumatda deyilir ki, sosial şəbəkə və müxtəlif mesajlaşma platformalarında özəlləşdirmə çekləri ilə bağlı guya kompensasiya ödənilməsi, qeydiyyatın aparılması və bunun üçün müəyyən mobil nömrələrlə əlaqə […]

Laçının yamacları göbələklə bəzəndi

Xəbər Experti xəbər verir ki,təbiətin oyanışı Laçın dağlarında özünü büruzə verməkdə davam edir. Bu dəfə Laçının bərəkətli torpağı sakinlərini və qonaqlarını sevindirib. Rayonun dağlıq ərazilərində, yaşıllıqların qoynunda iriliyi və gözəlliyi ilə seçilən dadlı göbələklər bitib. Həm yerli təbiətsevərlərin, həm də yoldan keçənlərin diqqətini çəkən bu mənzərə, Laçının zəngin ekosisteminin nə qədər sürətlə bərpa olunduğunun göstəricisidir. […]

HƏMAS-ın yeni lideri seçilib

Fələstinin HƏMAS qruplaşması Xəlil əl- Həyyanı hərəkatın yeni lideri seçib.  Xəbər Experti xəbər verir ki, bu barədə onun rəsmi Telegram kanalında dərc olunmuş bəyanatda bildirilib. “HƏMAS hərəkatının rəhbərliyinə Xəlil əl-Həyyanın seçildiyini elan edirik”, – aaçıqlamada deyilir. İyulun 18-də Al Hadath mənbələrə istinadən HƏMAS-ın yeni rəhbər seçmək üçün səsvermə keçirdiyini bildirib.  HƏMAS-ın rəhbərlik vəzifəsi 2024-cü ilin […]

“Vasitəçilər İran və ABŞ-a 10 günlük atəşkəs təklif edirlər” – Reuters

İran və ABŞ arasında vasitəçilik edən ölkələr müvəqqəti razılaşmanın bərpası variantlarını müzakirə etmək üçün 10 günlük atəşkəs təklif edirlər. Xəbər Experti xəbər verir ki, bu barədə Reuters İrandakı mənbəyə istinadən məlumat yayıb. Qeyd olunub ki, vasitəçilər Tehrana ABŞ ilə münaqişənin gərginliyinin azaldılmasına dair təklif təqdim ediblər. Təklif 10 günlük atəşkəs rejiminin elan edilməsini nəzərdə tutur. […]

Həsən bəy Zərdabi adına mükafatın növbəti laureatları müəyyənləşib

Azərbaycan Jurnalistlər Birliyi (AJB) milli jurnalistikanın inkişafında xidmətləri olan bir qrup media nümayəndəsini Həsən bəy Zərdabi adına mükafat ilə təltif edib. Xəbər Experti Xəbər verir ki, mükafatın laureatları peşəkar jurnalistika sahəsində qazandıqları uğurlar, milli-mənəvi dəyərlərin təbliği, araşdırma jurnalistikasının inkişafı, regional medianın gücləndirilməsi, ictimai kommunikasiyanın inkişafına verdikləri töhfələr və mediada səmərəli fəaliyyətləri nəzərə alınmaqla müəyyənləşdirilib. 2026-cı […]

Suriyadan 16 nəfər Azərbaycana repatriasiya edilib

Suriyadan 7-si qadın və 9-u uşaq olmaqla, ümumilikdə 16 Azərbaycan vətəndaşı iyulun 18-19-da repatriasiyası edilib. Xəbər Experti xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. İlk növbədə repatriantların yeri, şəxsiyyəti və Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti müəyyən edilib. Xarici ölkələrdə böhran vəziyyəti ilə üzləşmiş Azərbaycan vətəndaşlarının repatriasiyasına məsul dövlət qurumlarından ibarət İşçi Qrupun üzvləri […]

Azərbaycan xüsusi təyinatlıları İordaniyada təlimdə iştirak edir

Azərbaycan Ordusunun xüsusi təyinatlıları İordaniya Haşimilər Krallığında keçirilən Terrorla Mübarizə və Xüsusi Əməliyyatlar üzrə “Zülfüqar” adlı birgə hərbi təlimdə iştirak edir. Xəbər Experti xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Hərbi əməkdaşlıq və təlim proqramları çərçivəsində keçirilən təlimdə Azərbaycanla yanaşı İordaniya Silahlı Qüvvələri – Ərəb ordusu Kral Abdullah II Xüsusi Təyinatlı Qüvvələri Komandanlığının […]