Laçının yamacları göbələklə bəzəndi
Xəbər Experti xəbər verir ki,təbiətin oyanışı Laçın dağlarında özünü büruzə verməkdə davam edir. Bu dəfə Laçının bərəkətli torpağı sakinlərini və qonaqlarını sevindirib. Rayonun dağlıq ərazilərində, yaşıllıqların qoynunda iriliyi və gözəlliyi ilə seçilən dadlı göbələklər bitib.
Həm yerli təbiətsevərlərin, həm də yoldan keçənlərin diqqətini çəkən bu mənzərə, Laçının zəngin ekosisteminin nə qədər sürətlə bərpa olunduğunun göstəricisidir. Göbələk toplayanlar Laçın göbələyinin dadının və ətrinin tamamilə fərqli olduğunu vurğulayırlar. Yağışlardan sonra dağları bəzəyən bu ağappaq göbələklər Laçının yay mənzərəsinə xüsusi bir rəng qatıb.











